Biləcəri mədəniyyət-istirahət parkı (xalq arasında bəzən Biləcəri Dəmiryolçular Parkı) — Azərbaycanın Bakı şəhərinin Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən park. Parkda həmçinin Biləcəri Mədəniyyət Mərkəzi yerləşir.

Tarixi Xalq arasında Biləcəri Dəmiryolçular Parkı kimi də adlandırılan Biləcəri mədəniyyət-istirahət parkı 1957-ci ildə dəmiryolçuların istirahət parkı kimi inşa edilmişdir. Parkda əsaslı təmir işləri prezident İlham Əliyevin 2011-ci il 13 aprel tarixli Sərəncamı əsasında həyata keçirilib. 2013-cü il aprelin 22-sində mədəniyyət-istirahət parkı əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Açılışda prezident İlham Əliyev də iştirak etmişdir.

Xüsusiyyətlər 5 hektar sahəyə malik Biləcəri mədəniyyət-istirahət parkında Biləcəri Mədəniyyət Mərkəzi, 2 ədəd restoran, fəvvarə, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün süni örtüklü meydança yerləşir.

İstinadlar

Kateqoriya:Bakı parkları Kateqoriya:Biləcəri Kateqoriya:Binəqədi rayonu Kateqoriya:1957-ci ildə Azərbaycanda yarananlar