Cığatelli — Azərbaycan Respublikasının Qəbələ rayonunun Cığatelli kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Cığatelli kəndi Həmzəli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq bu kənd mərkəz olmaqla, Cığatelli kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Toponimikası Oykonim 1917-ci ildə Cığataylı, 1933-cü ildə isə Cıqatallı şəklində qeydə alınmış, tədricən Cığatelli variantına düşmüşdür. Əslində, Cığataylı olan bu coğrafi ad etnotoponimdir və "cığataylıların məskunlaşdığı kənd" deməkdir.
Tarixi Kənd 1999-cu ildə yaradılmışdır.
Coğrafiyası və iqlimi Kənd rayon mərkəzindən 9 km. aralı, Alazan–Əyriçay çökəkliyində yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 622 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Kənddə 150 təsərrüfat var. Əhalinin 70 faizi artezian quyularından su götürür. Suvarma dağ çayları vasitəsilə həyata keçirilir. Kəndə qaz xətti çəkilir, rabitə qovşağı inşa olunub. Gələcəkdə yeni məktəb və ərazi icra nümayəndəliyi üçün inzibati binanın tikintisi plana salınıb.
Təhsil Kənddə 11 illik məktəb fəaliyyət göstərir.
İstinadlar
Xarici keçidlər İnzibati Ərazi Vahidləri
Həmçinin bax
Kateqoriya:Qəbələ rayonunun kəndləri