Edi Reski Dviçayo (13 may 1998, İndoneziya) — Azərbaycanı təmsil edən badmintonçu.

Karyerası Edi Reski Dviçayo Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil etdi. Edi Reski Dviçayo Ümumdünya Badminton Federasiyasının (BWF) reytinq cədvəlində 31-ci pillədə qərarlaşdı və olimpiya lisenziyasının sahibi oldu. Bununla da o, Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci badmintonçu olaraq tarixə düşdü.

Edi Reski Dviçayo olimpiadada Danimarka nümayəndəsi Anders Antonsen və Vyetnam nümayəndəsi Nquyen Tien Min ilə birgə L qrupunda mübarizə apardı. İyulun 27-də baş tutan qrup mərhələsinin birinci turunda Edi Reski Dviçayo Vyetnam Nquyen Tien Min ilə üz-üzə gəldi. Həmin görüşdə o, rəqibinə 2:0 (21:14, 21:18) hesabı ilə qalib gəldi. İyulun 28-də baş tutan qrup mərhələsinin növbəti turunda isə Edi Reski Dviçayo Danimarka nümayəndəsi Anders Antonsen ilə üz-üzə gəldi. Bu görüşdə o, rəqibinə 0:2 (16:21, 15:21) hesabı ilə məğlub oldu və olimpiadada mübarizəsini dayandırdı.

Edi Reski Dviçayo 2024-cü ilin aprelində Dünya Badminton Federasiyasının (BWF) reytinq cədvəlinin nəticələrinə əsasən 28-ci pillədə qərarlaşaraq lisenziyalara sahib oldu.

Nailiyyətlər

BMW Milli Seriya Turnirləri (15 birincilik, 9 ikincilik ) Təkli kişi İl Turnir Rəqib Hesab Nəticə 2018 Xarkov Beynəlxalq Yan Louda 14–21, 18–21 İkincilik 2018 Belarus Beynəlxalq Leo Rossi 21–18, 15–21, 21–19 Qalib 2018 Misir Beynəlxalq Gergeli Krausz 21–16, 21–16 Qalib 2018 Bəhreyn Beynəlxalq Timoti Lam 21–13, 21–13 Qalib 2018 Botsvana Beynəlxalq Azmy Qowimuramadhoni 21–14, 21–11 Qalib 2018 Zambia Beynəlxalq Anuoluwapo Juwon Opeyori 21–11, 22–20 Qalib 2018 Cənubi Afrika Beynəlxalq Azmy Qowimuramadhoni 21–17, 21–23, 21–23 İkincilik 2019 Benin Beynəlxalq Niluka Karunaratne 21–23, 17–21 İkincilik 2019 Qana Beynəlxalq Kiran Corc 23–25, 19–21 İkincilik 2019 Xarkov Milli Mark Caljouv 15–21, 10–21 İkincilik 2019 Misir Milli Milan Ludík 21–17, 21–12 Qalib 2019 Əlcəzair Beynəlxalq Pablo Abian 8–21, 6–21 İkincilik 2019 Kamerun Beynəlxalq Luka Vraber 22–20, 19–21, 21–16 Qalib 2022 Malta Beynəlxalq Dimitar Yanakiev 21–19, 17–21, 21–14 Qalib 2023 Lüksemburq Açıq Sankar Subramanian 11–21, 19–21 İkincilik 2023 Əlcəzair Beynəlxalq Sacha Leveque 15–21, 21–13, 21–18 Qalib

Cütlü kişi İl Turnir Partnyor Rəqib Hesab Nəticə 2018 Belarus Beynəlxalq Azmi Qovimuramadhoni Tomas Baures Léo Rossi 21–18, 21–14 Qalib 2018 Misir Beynəlxalq Azmi Qovimuramadhoni Ali Ahmed El-Khateeb 18–21, 21–16, 21–18 Qalib 2018 Bəhreyn Beynəlxalq Azmi Qovimuramadhoni Adnan Ebrahim Caffer Ebrahim 21–15, 21–17 Qalib 2018 Botsvana Beynəlxalq Azmi Qovimuramadhoni Mabo Donald Kalombo Mulenga 21–9, 21–19 Qalib 2018 Zambiya Beynəlxalq Azmy Qowimuramadhoni Godwin Olofua Anuoluwapo Juwon Opeyori 21–19, 18–21, 21–11 Qalib 2018 Cənufi Afrika Beynəlxalq Azmi Qowimuramadhoni Jarred Elliott Sean Noone 21–15, 21–8 Qalib 2022 Malta Beynəlxalq Azmi Qowimuramadhoni Jarne Şlevoigt Nikolay Stuppliç 20–22, 15–21 İkincilik 2023 Uqanda Beynəlxalq Azmi Qowimuramadhani Ponqsakorn Tonqkham Vonqsathorn Tonqkham 19–21, 18–21 İkincilik BWF Milli Çağırış Turnir BWF Milli Seriyası Turnir BWF Gələcək Seriyası Turnir

İstinadlar

Kateqoriya:Azərbaycanın kişi badmintonçuları Kateqoriya:Azərbaycanın olimpiya badmintoçuları Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında badmintonçular Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında badmintonçular Kateqoriya:2023 Avropa Oyunlarında badmintonçular Kateqoriya:Azərbaycanın İndoneziyadan milliləşdirilən idmançıları Kateqoriya:Avropa Oyunlarının Azərbaycan idmançıları Kateqoriya:Azərbaycan vətəndaşlıq hüququnu almış şəxslər