Reyçel Levin (, doğum adı Richard Levine) — Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət və siyasi xadimi. İxtisasca pediatr olan Reyçel 26 mart 2021-ci ildən Birləşmiş Ştatlar üzrə Səhiyyə Nazirinin köməkçisi vəzifəsində çalışır. O, bundan əvvəl 2017–2021-ci illərdə Pensilvaniya Səhiyyə Departamentinin katibi vəzifəsində çalışıb. Həmçinin Pensilvaniya Dövlət Tibb Kollecində pediatriya və psixiatriya professorudur və əvvəllər 2015–2017-ci illərdə Pensilvaniya ştatının baş həkimi vəzifəsində çalışıb. 24 mart 2021-ci ildə ABŞ Senatı onu Birləşmiş Ştatlar üzrə Səhiyyə Nazirinin köməkçisi vəzifəsinə təyin etdi.
Reyçel Levin trans qadın olan azsaylı ABŞ hökumət rəsmilərindən biridir. O, tarixdə ölkə Senatı tərəfindən təsdiq tələb olunan vəzifəni tutan ilk trans qadın şəxsdir.
Şəxsi həyatı Riçard Levin 28 oktyabr 1957-ci ildə Massaçusets ştatının Ueykfild şəhərində anadan olub. Milliyyətcə yəhudidir. Yəhudi məktəbində oxuyub. Orta məktəb diplomunu Massaçusets ştatının Belmont şəhərindəki Belmont Hill Məktəbindən almışdır. Daha sonra o, Harvard Kollecini və Tibb Məktəbini bitirmiş, həmçinin Nyu-Yorkun Manhettendə Mount Sinai Tibb Mərkəzində pediatriya üzrə rezidentura və yeniyetmələr üçün tibb üzrə təcrübə keçmişdir.
David və Daynu adlı iki övladı var. 2011-ci ildə transseksual keçid etmişdir. 2013-cü ildə Reyçel Levin və onun həyat yoldaşı Marta Pisley Levin boşandılar.
Karyera 1988-ci ildən 1993-cü ilə qədər Riçard Levin Nyu-Yorkun Mount Sinai Xəstəxanasında pediatriya sahəsində təlim keçib. 1993-cü ildə Manhettendən mərkəzi Pensilvaniyaya köçdükdən sonra o, Pensilvaniya ştatının Herşey Dövlət Tibb Mərkəzinə qatılıb və burada daha sonra Yeniyetmə Tibb Departamentinə və klinikaya rəhbərlik edib. 2015-ci ildə Reyçel Levin Pennsilvaniya Baş Tibb Mütəxəssisi təyin edildi.
Pensilvaniya Səhiyyə Departamenti thumb| 2020-ci ilin iyun ayında Pensilvaniyadakı Herşey Tibb Mərkəzində Qubernator Tom Vulf ilə ictimaiyyəti COVID-19 haqqında məlumatlandırır. 2015-ci ildə Pensilvaniya qubernatoru Tom Vulf Reyçel Levini Pensilvaniya ştatının baş həkimi vəzifəsinə təyin etdi. O, bu vəzifəni 2017-ci ilə qədər tutub.
2017-ci ilin iyulunda qubernator Tom Vulf onu Səhiyyə Departamentinin katibi vəzifəsinə irəli sürdü və o, yekdilliklə təsdiqləndi. 2020-ci il ərzində və 23 yanvar 2021-ci il tarixinədək Reyçel Levin Pensilvaniya ştatında İctimai Səhiyyə Departamentinin COVID-19 bölümünə rəhbərlik etmişdir. Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin direktoru ilə gündəlik sıx əməkdaşlıq etmiş və gündəlik mətbuat brifinqləri keçirmişdir.
Co Bayden administrasiyası 13 fevral 2021-ci ildə ABŞ prezidenti Co Bayden rəsmi olaraq Reyçel Levini səhiyyə nazirinin köməkçisi təyin etdi. Onun təsdiqi 25 fevral 2021-ci ildə Senatın Komitəsində keçirildi. O, ABŞ Senatının təsdiqini tələb edən bir vəzifəyə təyin olunan ilk açıq trans qadındır. Belə ki, əvvəllər Amanda Simpson kimi federal transgender məmurlar Senatın təsdiqini tələb etməyən vəzifələrdə çalışıblar.
19 oktyabr 2021-ci ildə Levinin Senat tərəfindən Amerika Birləşmiş Ştatlarının İctimai Səhiyyə Xidməti Zabit Korpusunda admiral rütbəsi təsdiqləndi. Bu, ABŞ tarixində ilk dəfə trans şəxsə verilən ən yüksək rütbədir.Rachel Levine: Transgender official sworn in as four-star admiral , BBC, 20.10.2021
Reyçel Levin həm də LGBT hüquqlarını müdafiə edən təşkilatının idarə heyətinin üzvüdür.
İstinadlar Kateqoriya:Harvard Universitetinin məzunları Kateqoriya:Tuleyn Universitetinin məzunları Kateqoriya:XXI əsr ABŞ siyasətçiləri Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1957-ci ildə doğulanlar Kateqoriya:28 oktyabrda doğulanlar Kateqoriya:Vikipediya:Vikiverilənlərdə Azərbaycan dilinə tərcümə olunmamış elementlər olan məqalələr