Rodriqo Hernandez Kaskante və ya qısaca Rodri () — İngiltərə Premyer Liqası klubu "Mançester Siti"də və İspaniya milli futbol komandasında çıxış edən futbolçu.

Peşəkar karyerasına Vilyarealda başlayan Rodri daha sonra "Atletiko Madrid" klubuna qoşulur. La Liqada keçirdiyi 4 mövsümdən sonra 2019-cu il iyulun 4-də "Mançester Siti" komandasına transfer olur. O, "şəhərlilərin" ardıcıl 3 dəfə (2020–21, 2021–22, 2022–23) İngiltərə Premyer Liqası çempionu olmalarına kömək edir. Rodri, eyni zamanda 2022–23 mövsümündə "Mançester Siti"nin ilk treblini etməsində böyük əməyi olan futbolçulardandır. Belə ki, Rodri UEFA Çempionlar Liqası finalında "İnter"ə qarşı matçın yeganə qolunu vuraraq və turnirin ən yaxşı oyunçusu seçilmişdir.

İspaniya millisində ilk debütünü 2018-ci ildə edən Rodri, millinin yığmasında 2023-cü ildə Millətlər Liqasının qalibi və eyni zamanda turnirin ən yaxşı oyunçusu olmuşdur.

Rodri 2024-cü ilin oktyabrında mövsüm boyu göstərdiyi diqqəlayiq performansa görə Qızıl top mükafatına layiq görülmüş və mükafatı 1960-cı ildə almış Luis Suarezdən sonra bu uğura imza atan ikinci ispan kişi futbolçu olmuşdur. O, həmçinin mükafatı qazanan ilk "Mançester Siti" oyunçusudur.

İstedadlı yarımmüdafiəçi peşəkar səviyyədə çıxış etməyə davam edir. 2024-cü ildə İspaniya millisinin məşqçilər korpusu cəsarətlə onu Avro-2024-ün heyətinə daxil etdi. La Roja bütün qrup mərhələsində İtaliya, Albaniya və Xorvatiyadan olan rəqiblərini rahatlıqla üstələdi, qapını təmiz saxlamağı bacardı və müdafiə qabiliyyətini nümayiş etdirdi. Həyəcanlı 16-cı turda onlar turnirin gözlənilməz tünd atı, Gürcüstanla qarşılaşdılar və inandırıcı 4-1 hesabı ilə qalib gəldilər. Həmin görüşdə həlledici qola imza atan Rodri haqlı olaraq fərqlənən futbolçu kimi qeyd olunurdu. Oyun tərzi Rodri ötürmə dəqiqliyi və qüvvətli zərbələri ilə seçilən dayaq yarım müdafiəçisidir. Hündürboylu olması və fiziki gücündən dolayı hava mübarizələrində olduqca üstün futbolçudur. Eyni zamanda yarım müdafiəçi olmasına baxmayaraq ortalama ötürmə dəqiqliyi 91–92%-dir.

Rodri Mançester Sitinin heyətində uzaqdan qüvvətli zərbələri ilə də tanınır. Sürət baxımından yavaş olsa da, rəqib komandanın hücumçularını dayandırmaqda kifayət qədər güclüdür. Rodri bəzən oyun tərzinə görə Serxio Busketsə də bənzədilir. Dayaq yarım müdafiəçisi mövqeyi ilə birlikdə, bəzən mərkəz müdafiəçi kimi də oynaya bilir. Bunu 2022 Dünya Çempionatında Luis Enrikenin idarə etdiyi İspaniya millisinin oyunlarında da görürük.

Nailiyyətləri Atletiko Madrid

UEFA Super Kuboku: 2018

Mançester Siti

Premyer Liqa: 2020–21, 2021–22, 2022–23 İngiltərə Federasiya Kuboku: 2022–23 İngiltərə Liqa Kuboku: 2019–20, 2020–21 İngiltərə Milli Futbol Superkuboku: 2019 UEFA Çempionlar Liqası: 2022–23

İspaniya U19

UEFA 19 yaşlılardan ibarət Avropa Çempionatı: 2015

İspaniya milli yığmasında

UEFA Millətlər Liqası: 2022–23

Fərdi mükafatları

UEFA Çempionlar Liqası mövsümün heyəti: 2022–23 UEFA Çempionlar Liqası mövsümün ən yaxşı futbolçusu: 2022–23 Premyer Liqa ayın ən yaxşı qolu: 2021-ci ilin noyabrı UEFA Millətlər Liqası mövsümün ən yaxşı futbolçusu: 2023 Qızıl top: 2024

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İspaniya futbolçuları Kateqoriya:İspaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İspaniya milli futbol komandasının oyunçuları Kateqoriya:UEFA Avropa Çempionatının qalibləri Kateqoriya:Vilyarreal FK futbolçuları Kateqoriya:Atletiko Madrid FK futbolçuları Kateqoriya:Qızıl top alanlar Kateqoriya:Mançester Siti FK futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:UEFA Avropa Çempionatının qalib futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Legioner İspaniya futbolçuları Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:Sequnda Divizionu B futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:UEFA Avro 2020 futbolçuları Kateqoriya:İspaniya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:2022 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İngiltərədə legioner İspaniya idmançıları Kateqoriya:UEFA Millətlər Liqasının qalibi olan oyunçular Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:İngiltərədə legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:FİFA Dünya Kubokunun qalib futbolçuları Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Madriddə doğulmuş futbolçular