Nquyen Nqok Tho ; ) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) dövlət və siyasi xadimi, Cənubi Vyetnamın vitse-prezidenti (1956–1963), Cənubi Vyetnamın baş naziri (1963–1964).

Həyatı Nquyen Nqok Tho Varlı bir torpaq sahibinin ailəsində anadan olmuşdur. O, Lonqsyuyen Vilayət İdarəsində əmək fəaliyyətinə 1930-cu ildə başlamışdır. Nquyen Nqok Tho İkinci Dünya müharibəsindən sonra imperator Bao-dayın başçılıq etdiyi, Fransaya sadiq Vyetnam kukla dövlətində daxili işlər naziri təyin edilmişdir. Ölkə bölündükdən və Vyetnam Respublikası elan edildikdən sonra onun Yaponiyadakı ilk səfiri təyin edilmişdir. Diplomatik missiyasının böyük hissəsini ombasının sınığı səbəbindən əsasən yataqda keçirsə də, İkinci Dünya müharibəsi zamanı ölkəsinin işğalı dövrünə görə Yaponiyadan təzminat almağa nail olmuşdur.

İstinadlar

Əlavə ədəbiyyat

Kateqoriya:Cənubi Vyetnam siyasətçiləri Kateqoriya:Cənubi Vyetnamın vitse-prezidentləri Kateqoriya:Cənubi Vyetnam baş nazirləri Kateqoriya:Vyetnam antikommunistləri