YouPorn — YouTube formatında pulsuz pornoqrafik video hostinq saytı. 2006-cı ilin avqustunda təsis edilib və ən populyar pornoqrafik video saytlar sırasına daxil olmağı bacarıb. 2007-ci ilin noyabrında internetdə ən böyük pornoqrafik saytı olmuşdur. Konsepsiya Youtube və buna bənzər saytlar kimi Youporn da videoları izləmək üçün Flash texnologiyasından istifadə edir. Yüklənmiş videolar adətən 5 gündən sonra əlçatan olur. Saytın məzmununa kommersiya pornoqrafik filmləri, pornoqrafik sayt reklamları və öz-özünə hazırlanan həvəskar videolar daxildir. Bu veb 2.0 (və ya porno 2.0) saytı digər porno saytlardan çox fərqlənir. Tamamilə pulsuz və reklam dəstəklidir. 2007-ci ilin may ayında onun aylıq gəliri 120 min dollar müəyyən edilmişdir. Sahibkarlığı Bu domen adı şirkət tərəfindən 2005-ci ilin dekabr ayında qeydiyyata alınmışdır. Bu saytda əlaqə ünvanlarının heç bir siyahısı saxlanılmır. İstinadlar
Kateqoriya:Seç-izlə xidmətləri