Almila Ada BayazıtoğluAlmila Ada Kimdir? ()- Türk aktrisa, model və balerinadır.
Həyatı və kariyerası Almila Ada 4 avqust 1994-cü ildə İstanbulda anadan olub. Atası jurnalist, anası isə modelyer və müəllimədir. Kiçik yaşlarından baletə maraq göstərib və baletlə məşğul olub. O, anasının işi ilə əlaqədar bir müddət Rusiyada yaşayıb. Orta məktəb illərində Beynəlxalq Varna BaletBalet nədir? Yarışması və Workshopuna və Beynəlxalq Praqa Baleti Masterclassına qatılan Almila Ada bir müddət İstanbul Universiteti Dövlət Konservatoriyasında balet və piano dərsləri alıb. Daha sonra Memar Sinan Gözəl Sənətlər Universitetində tam ştatlı balet təhsilini başa vuraraq, balet və səhnə sənətləri üzrə təhsil almaq üçün Londona getdi. 2021-ci ildə "Menajerimi Ara" serialında Merve obrazına həyat verib. Burada o, bir kastinq direktoru tərəfindən həvəsləndirildi və aktyorluğa başladı. O, "Qisasçılar: Ultron dövrü" filmində Scarlett Johansson-u uşaq ikən canlandırmaq üçün bir balerina seçkilərinə qatıldı və qalib gəldi. Bu roldan sonra onun aktyorluğa marağı daha da artdı. O, Axilles vətərindən və sümük problemlərindən əziyyət çəkdiyi üçün fiziki müalicə almaq üçün İstanbula gəlib. O, bir sezon “Kaderimin Yazıldığı Gün” serialında rol alıb. Sonra diksiya dərsləri almağa başladı. Daha sonra qısa müddətə "Kırgın Çiçekler" serialında rol alıb. 2017-ci ildə "Adı Efsane" serialında Erdal Beşikçioğlunun qızını canlandıraraq ilk baş rolunu oynayıb. 2020-ci ildə Perihan Savaş və Yağmur Ün ilə birlikdə rol aldığı “The Strange Story of a Shining Pearl ” qısametrajlı filmi Queen Palm Beynəlxalq Film Festivalında “Ən yaxşı operator işi”, “Ən yaxşı qısametrajlı film” və “Ən yaxşı musiqi” seçilib. ABŞ-da təşkil edilən ' filiallarında 3 fərqli mükafat qazandı.
Hollister, IQ, Vogue və InStyle kimi jurnallar üçün də modellik edən Almila Ada 2018-ci ildə "Pointe Studio" adlı pilates mərkəzini qurdu. Aktyorluqdan əlavə o, balet fitnes məşqçisi kimi də çalışır.
Filmoqrafiya
Serial il İstehsal Rol Qeydlər Kanal2014Kaderimin Yazıldığı GünNehirQonaq aktrisaStar TV2016Kırgın ÇiçeklerLalinKöməkçi aktrisaatv2017Adı EfsaneMelis AksoyBaşrol Kanal D2017-2018Cennet'in GözyaşlarıCennet YılmazBaşrol atv2018Bir Deli RüzgarMelike CandanBaşrolFOX2019-2020GüvercinZülüf KavviBaşrol Star TV2021Menajerimi AraMerveQonaq aktrkisa2022-günümüzÜç Kız KardeşDönüş KalenderBaşrol Kanal D TV verlişləri il İstehsal Rol Qeydlər Kanal2017Kim Milyoner Olmak İster? (Yılbaşı Özel 2018)ÖzüKonukatv2018Burada Laf ÇokÖzüKanal DKino il İstehsal Rol Qeydlər2020The Strange Story of a Shining Pearl |Girl (1) |Başrol |- |2022 |Son Parti|Birsu |Başrol |- |2022 |Barış Akarsu "Merhaba"''ZeynepBaşrol İstinadlar
Kateqoriya:İstanbulda doğulan aktrisalar