Slavik Alxasov (tam adı: Slavik Həsrət oğlu Alxasov; ) — azərbaycanlı futbolçu, Zirə klubunun müdafiəçisi.
Həyatı
Slavik Alxasov 1993-cü il fevralın 6-da Azərbaycanın Qusar şəhərində anadan olub. Slavik, 8 yaşından etibarən futbol oynamağa başlayıb. 2008-2010-cu illərdə Bakıda Respublika Olimpiya İdman Liseyində futbolun əsasları üzrə təhsil alıb.
Klub karyerası Slavik Alxasov Neftçi futbol klubunun yetirməsidir. 2009-2011-ci illərdə Bakı FK-nın heyətində çıxış edib. Buradan 2011-ci ilin yanvarında icarə əsasında Azərbaycan çempionatının birinci divizionunun Abşeron FK komandasına keçib. Lakin yeni klubda debütü uğursuz oldu. Zədələnən futbolçu 3 ay yaşıl meydanlardan kənarda qaldı. İki ay sonra isə komanda maddi sıxıntıya görə dağıldı.
Elə həmin ildə Slavik Alxasov yenidən icarə əsasında Azərbaycan Premyer Liqasında mübarizə aparan Sumqayıt FK-ya keçdi. O, Sumqayıtda 2 nömrə altında çıxış edirdi.
2014-cü ildə Xəzər Lənkəran FK-da çıxış edib. Sonra yenidən Sumqayıt klubunda çıxış etməyə başlayıb.
2016-cı ildə Səlahət Ağayev, Ağabala Ramazanov və Pərdis Fərcad-Azadla birlikdə İnter FK-ya (indiki Şamaxı FK) keçdi.
2019-cu il aprelin 6-da Sumqayıtla oyuna çıxan Slavik Alxasov, həmçinin komandanın kapitanı kimi də ilk oyununa çıxıb. O, Sabaha keçənə qədər komandanın kapitanı olub. Futbolçu 1 iyul 2020-ci ildə Sabah klubuna, 2022-ci il iyulun 1-də isə Zirəyə keçib.
Azərbaycan milli komandası 2008-ci ildən etibarən Azərbaycanın U-15, U-17, U-19 və U-21 gənclər yığmasında çıxış edib.
Slavik Alxasov 17 yaşadək gənclərdən ibarət Azərbaycan yığmasının heyətində debüt oyunu 2009-cu il oktyabrın 26-da 17 yaşadək gənclər arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Serbiya millisi ilə 0:0 hesablı heç-heçə ilə başa çatan oyunu zamanı baş tutub..
2018-ci ildə Qırğızıstan, Qazaxıstan və Latviya ilə oyunlar üçün Azərbaycanın əsas komandasına çağırılıb.
Nailiyyətlər
Azərbaycan kubokunun qalibi - 2018
Göstəriciləri KlubSezonLiqaKubokAvrokubokÜmumiOyunQolOyunQolOyunQolOyunQolSumqayıt2011/2012200————2002012/2013290————2902013/2014140————140Ümumi6300000630Xəzər-Lənkəran2013/2014100————100Ümumi1000000100Sumqayıt2014/2015311————3112015/2016341————341Ümumi6520000652Keşlə2016/2017181————1812017/201828440603842018/201927320213132019/202019220——212Ümumi9210808110811Sabah2020/2021192————1922021/202215030——150Ümumi3423000372Zirə2022/202300002020Ümumi00002020Ümumi karyerası2641411010128515
İstinadlar
Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Sabah FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları