Şəhriyar Ağalı oğlu Rəhimov () — müdafiəçi mövqeyində çıxış etmiş Azərbaycan futbolçusu.
Həyatı Şəhriyar Rəhimov 6 aprel 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur.
Futbol karyerasında müdafiəçi kimi oynamağa başlamışdır. 2012-ci ildə "Şüvəlan" FK-yə transfer olmuş, həmin ilin ara transferində "Rəvan Bakı" komandasında müdafiəçi mövqeyində çıxış etməyə başlayıb. 2013-il də yenidən "Şüvəlan" komandasına geri dönüb. 2015-in transfer mövsümündən "Kəpəz"də oynamağa başlamışdır. 2018-ci ildən öz peşəkar fəaliyyətini "Səbail" futbol komandasında davam etdirmişdir. 2020-ci ildə "Zirə" FK-yə transfer olmuşdur .2021-ci ildə yenidən "Səbail"ə dönmüş və 2022-ci ildə peşəkar karyerasını sonlandırmışdır.
Milli yığma 2009–2010-cu illərdə Azərbaycan U-21 milli futbol komandasında oynamışdır. 2018-ci ildə Azərbaycan milli futbol komandasına çağrılmış və 2022-ci ilə kimi oynamışdır.
Ölümü Şəhriyar Rəhimov 25 avqust 2023-cü ildə müalicə üçün getdiyi Türkiyədə vəfat etmişdir. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi. Şəhriyar Rəhimov Xırdalan qəbiristanlığında dəfn olunub.
İstinadlar
Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Rəvan Bakı FK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Səbail FK futbolçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Karvan-Yevlax FK futbolçuları Kateqoriya:Ədliyyə Bakı FK futbolçuları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Azərbaycanın kişi futbolçuları