Gevork Pamuqcıyan (; ) — erməniəsilli Türkyiə yazıçısı, tarix və bioqrafiya tədqiqatçısı.

Həyatı Gevork Pamuqcıyan 23 fevral 1923-cü ildə İstanbulun Üsküdar rayonunun Quzguncuq səmtinin İcadiye məhəlləsində əslən Kayseridən olan bir ailədə anadan olmuşdur. Gevorkun atası Hacı Mikayıl Pamuqcıyan, anası Nazeli Lusararyandır. İbtidai təhsilini 1937-ci ildə Nersesyan-Yermonyan məktəbində başa vurmuş Gevork təhsilini Müqəddəs İosif Fransız Kollecində davam etdirmişdi. Onuncu sinfə qədər burada təhsilini davam etdirmiş Gevork 1945-ci ildə məktəbi yarımçıq qoymuşdur.

Gevork əsərlərinin sonunda Gevork Pamukcıyan imzasından başqa Kim-Men-Pen, K.M.P., K.P., Gevork Mırayon, G.Mırayon, Hasmiq, K.Arkeos, Xarazan adları və abbreviaturaları da öz imzası kimi istifadə etmişdir.

Gevork Pamuqcıyan 23 sentyabr 1996-cı ildə, 73 yaşında İstanbulun Şişli rayonunun Fəriköy səmtində yerləşən Surp Aqop xəstəxanasında vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:Türkiyə tarixçiləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XX əsr tarixçiləri Kateqoriya:XX əsr Türkiyə yazıçıları