Aşağı Kəsəmən (əvvəlki adı: Yenikənd) — Azərbaycan Respublikasının Ağstafa rayonunun Aşağı Kəsəmən kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Yenikənd kəndi Aşağı Kəsəmən kəndi adlandırılmışdır.Kənddə bir məktəb fəaliyyət göstərir.
Tarixi Aşaği Kəsəmən kəndi Gəncə-Qazax düzənliyindədir.
Yaşıyış məntəqəsi sovet hakimiyyəti illərində Ağstafa rayonunun Qıraq Kəsəmən kəndindən çıxmış ailələr tərəfindən salınmışdır. Dağ Kəsəmən kəndinin qarşılığı kimi nəzərdə tutulmuşdur.
İstinadlar
Həmçinin bax Yeni həyat qurucuları (film, 1949)
Kateqoriya:Ağstafa rayonunun kəndləri