Lüksemburq milli futbol komandası (, , ) — Lüksemburqu futbol üzrə beynəlxalq yarışlarda təmsil edən komanda. Komanda Lüksemburq Futbol Federasiyası tərəfindən idarə olunur.
14 iyun 2019-cu ilə olan məlumata görə Lüksemburq millisi FİFA reytinqində 90-cı, 11 oktyabr 2017-ci il məlumatına görə isə UEFA reytinqində 43-cü yerdədir. UEFA Avro 1996-nın seçmə mərhələsindən sonra Lüksemburq millisi 10 ildən çox dünya futbolunun autsayderləri sırasında idi. Amma UEFA Avro 2008-in seçmə mərhələsindən etibarən komanda stabil olaraq hər seçmə mərhələnin qrup oyunlarında ən azı 3 xal toplayır və heç olmasa bir qələbə qazanır. Bəzi mütəxəssislər iddia edirlər ki, UEFA Millətlər Liqası qurulandan sonra Lüksemburq millisini yaxın Avropa çempionatlarının birində görmək mümkün olacaq.
FİFA Dünya Kuboku və UEFA Avropa Çempionatı seçmə mərhələlərində Lüksemburq millisinin FİFA Dünya Kubokunun final mərhələsinə düşmə cəhdləri 1934-cü ildən başlayaraq uğursuzluğa düçar olmuşdur. Komandanın ən parlaq dövrü 1960-cı illərin birinci yarısına təsadüf edir. Həmin dövrdə Lüksemburq millisinin heyətində Lui Pilo, Adi Şmit və Kamill Dimmer kimi Belçika və Fransa klublarında təmsil olunan futbolçular çıxış edirdilər. 1962 FİFA Dünya Kuboku seçmə mərhələsində Böyük Hersoqluğun komandası sensasiya yaradaraq Portuqaliya millisinə 4:2 hesabı ilə qalib gələ bilmişdir. Bu oyun Eysebionun Portuqaliya millisinin heyətində debüt oyunu idi.
UEFA Avro 1964-ün seçmə mərhələsində Lüksemburq millisi 1/8-də Hollandiya millisini 1:1, 2:1 hesabı ilə məğlub edərək, 1/4-də 3:3 və 2:2 hesablı bərabərliklərdən sonra yenidən oynanan oyunda Danimarka millisinə 0:1 hesabı ilə məğlub olmuşdur. 1974 FİFA Dünya Kuboku seçmə mərhələsində isə lüksemburqlular 1972-ci ilin oktyabrında Türkiyə millisinə 2:0 hesabı ilə qalib gəlmişlər.
UEFA Avro 1996-nın seçmə mərhələsi də komanda üçün kifayət qədər uğurlu olmuşdur. Lüksemburq millisi 10 oyundan 10 xal toplaya bilmişdir. Bu seçmə mərhələdə komanda Malta millisini hər iki oyunda udmuş, sensasiyalı bir şəkildə Lüksemburqda çempionatın gələcək finalçısı Çexiya millisini məğlub etmişdir. Bundan başqa lüksemburqlular Belarus millisi ilə də oyunu heç-heçə başa vura bilmişlər.
UEFA Avro 2008-in seçmə mərhələsində Lüksemburq millisi 12 illik fasilədən sonra rəsmi oyunlarda nəhayət ki, qələbə qazana bilmiş və səfərdə Belarus millisini məğlub etmişdir. Bundan başqa lüksemburqlular bu seçmə mərhələdə Hollandiya millisinə kifayət qədər ləyaqətlə, əzmlə müqavimət göstərərək məğlub olmuşlar: 0:1 — evdə və 0:1 — səfərdə.
2010 FİFA Dünya Kubokunun seçmə mərhələsində komanda sensasiya yaradaraq İsveçrə millisini məğlub etmiş və Moldova millisi ilə hər iki oyunda heç-heçə etmişdir.
UEFA Avro 2012-nin seçmə mərhələsində lüksemburqlular 4 xal qazana bilmişlər (Albaniya millisini 2:1 hesabı ilə məğlub etmiş və Belarus millisi ilə oyundan sülhlə ayrılmışlar).
Lüksemburq millisinin seçmə mərhələlərdəki nəticələri 1934 FİFA Dünya Kuboku — 2 oyun, 2 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; 1938 FİFA Dünya Kuboku — 2 oyun, 2 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; 1950 FİFA Dünya Kuboku — 2 oyun, 2 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; 1954 FİFA Dünya Kuboku — 4 oyun, 4 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; 1958 FİFA Dünya Kuboku — 4 oyun, 4 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; UEFA Avro 1960 — iştirak etməyib; 1962 FİFA Dünya Kuboku — 4 oyun, 1 qələbə, 3 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; UEFA Avro 1964 — 1/8: Lüksemburq millisi — Hollandiya millisi — 1:1, 2:1; 1/4: Lüksemburq millisi — Danimarka millisi — 3:3, 2:2, 0:1; 1966 FİFA Dünya Kuboku — 6 oyun, 6 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; UEFA Avro 1968 — 6 oyun, 1 bərabərlik (Polşa millisi — 0:0), 5 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; 1970 FİFA Dünya Kuboku — 6 oyun, 6 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; UEFA Avro 1972 — 6 oyun, bərabərlik (Yuqoslaviya millisi — 0:0), 5 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; 1974 FİFA Dünya Kuboku — 6 oyun, 1 qələbə (Türkiyə millisi — 2:0), 5 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; UEFA Avro 1976 — 6 oyun, 6 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; 1978 FİFA Dünya Kuboku — 6 oyun, 6 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; UEFA Avro 1980 — 6 oyun, 1 bərabərlik (İsveç millisi — 1:1), 5 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; 1982 FİFA Dünya Kuboku — 8 oyun, 8 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; UEFA Avro 1984 — 8 oyun, 8 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; 1986 FİFA Dünya Kuboku — 8 oyun, 8 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; UEFA Avro 1988 — 8 oyun, 1 bərabərlik (Şotlandiya millisi — 0:0), 7 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; 1990 FİFA Dünya Kuboku — 8 oyun, 1 bərabərlik (Belçika millisi — 1:1), 7 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; UEFA Avro 1992 — 6 oyun, 6 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; 1994 FİFA Dünya Kuboku — 8 oyun, 1 bərabərlik (İslandiya millisi — 1:1), 7 məğlubiyyət, 2 oyun, 2 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; UEFA Avro 1996 — 10 oyun, 3 qələbə (Malta millisi — 1:0, 1:0; Çexiya millisi — 1:0), 1 bərabərlik (Belarus millisi — 0:0), 6 məğlubiyyət, seçmə mərhələsində qrupda 5-ci yer (6-dan 5); 1998 FİFA Dünya Kuboku — 8 oyun, 8 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; UEFA Avro 2000 — 8 oyun, 8 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; 2002 FİFA Dünya Kuboku — 10 oyun, 10 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; UEFA Avro 2004 — 8 oyun, 8 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; 2006 FİFA Dünya Kuboku — 12 oyun, 12 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; UEFA Avro 2008 — 12 oyun, 1 qələbə (Belarus millisi — 1:0), 11 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; 2010 FİFA Dünya Kuboku — 10 oyun, 1 qələbə (İsveçrə millisi — 2:1), 2 bərabərlik (Moldova millisi — 0:0, 0:0), 7 məğlubiyyət, seçmə mərhələsində qrupda 5-ci yer (6-dan 5); UEFA Avro 2012 — 10 oyun, 1 qələbə (Albaniya millisi — 2:1), 1 bərabərlik (Belarus millisi — 0:0), 8 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; 2014 FİFA Dünya Kuboku — 10 oyun, 1 qələbə (Şimali İrlandiya millisi — 3:2), 3 bərabərlik (Şimali İrlandiya millisi — 1:1; Azərbaycan millisi — 0:0, 1:1), 6 məğlubiyyət, seçmə mərhələsində qrupda sonuncu yer; UEFA Avro 2016 — 10 oyun, 1 qələbə (Makedoniya millisi — 1:0), 1 bərabərlik (Belarus millisi — 1:1), 8 məğlubiyyət, seçmə mərhələsində qrupda 5-ci yer (6-dan 5); 2018 FİFA Dünya Kuboku - 10 oyun, 1 qələbə (Belarus millisi - 1:0), 3 bərabərlik (Belarus millisi - 1:1, Fransa millisi - 0:0, Bolqarıstan millisi - 1:1), 6 məğlubiyyət, seçmə mərhələsində qrupda 5-ci yer (6-dan 5);
Olimpiya oyunlarında iştirakı Uğursuzluqlarına baxmayaraq Lüksemburq millisi 1924-1952-ci illər arasında keçirilən Yay Olimpiya Oyunlarının futbol turnirində iştirak etmişdir. 1952 Yay Olimpiya Oyunlarında komanda sensasiyaya imza ataraq Böyük Britaniya milli futbol komandasına 5:3 hesabı ilə qalib gələrək onu turnirdən uzaqlaşdırmışdır. Sonrakı mərhələdə o gərgin keçən oyunda Braziliya milli futbol komandasına 1:2 hesabı ilə məğlub olmuşdur.
Komandanın hazırkı heyəti Oyunlar və qollar haqqında məlumatlar 17 noyabr 2020-ci ildə Azərbaycan millisi ilə oyundan sonra yenilənmişdir: <span style="color:black;">№<span style="color:black;">Mövqe<span style="color:black;">Oyunçu<span style="color:black;">Doğum tarixi<span style="color:black;">Oyunlar<span style="color:black;">Qollar<span style="color:black;">Klub
Təchizat İllərGeyim istehsalçısı1908—1980 Erima1980—2000 Adidas2000—2003 Puma2003—2005 Adidas2005—2008 Erreà2008—2014 Jako2014—2018 Adidas2018—h.h. Macron
Heyətində ən çox oyun keçirən futbolçular Oyunlar haqqında məlumatlar 17 noyabr 2020-ci ildə Azərbaycan millisi ilə oyundan sonra yenilənmişdir: #OyunçuOyunİllər1Mario Mutş1022005–20192Daniel da Mota992007–3Jeff Ştrasser981993–20104Rene Peters932000–20135Jonatan Juber902006–20176Erik Hoffmann892002–20147Karlo Ueys871978–19988Lars Jerson822008–9Orelyen Joakim802005–201910Fransua Konter771955–1969
Heyətində ən çox qol vuran futbolçular Qollar haqqında məlumatlar 17 noyabr 2020-ci ildə Azərbaycan millisi ilə oyundan sonra yenilənmişdir: #OyunçuQolİllər1Lion Mart161933–19452Qusti Kemp151938–19452Orelyen Joakim152005–20194Kamill Libar141938–19475Nikolas Kettel131946–19596Fransua Müller121949–19547Leon Letş111947–19638Jilber Dussye91971–1978
Göstəriciləri FİFA Dünya Kuboku FİFA Dünya Kuboku göstəriciləriFIFA Dünya Kuboku seçmə mərhələsi göstəriciləriİlMərhələMövqe* 1930İştirak etməyibİştirak etməyib 1934Seçmə mərhələni keçməyib2002215 1938200227 1950200248 19544004119 19584004319 19624103521 19666006620 19706006424 19746105214 19786006222 19828008123 19868008227 19908017322 19948017217 19988008222 (1997) 2002100010428 2006120012548 201010127425 201410136726 201810136826 2022MüəyyənləşməyibMüəyyənləşməyib 2026Cəmi—0/21——————13451011969433
UEFA Avropa Çempionatı UEFA Avropa Çempionatı göstəriciləriUEFA Avropa Çempionatı seçmə mərhələsi göstəriciləriİlMərhələMövqe* 1960İştirak etməyibİştirak etməyib 1964Seçmə mərhələni keçməyib 5 1 3 1 8 8 1968 6 0 1 5 1 18 1972 6 0 1 5 1 23 1976 6 0 0 6 7 28 1980 6 0 1 5 2 17 1984 8 0 0 8 5 36 1988 8 0 1 7 2 23 1992 6 0 0 6 2 14 1996 10 3 1 6 3 21 2000 8 0 0 8 2 23 2004 8 0 0 8 0 21 2008 12 1 0 11 2 23 2012 10 1 1 8 3 21 2016 10 1 1 8 6 27 2020 8 1 1 6 7 16 2024MüəyyənləşməyibMüəyyənləşməyibCəmi—0/16——————1118119851319
UEFA Millətlər Liqası UEFA Millətlər Liqası göstəriciləriİlDiviziyaQrup 2018–19D2 2-ci 6 3 1 2 11 4 44-cü 2020–21C1 2-ci 6 3 1 2 7 5 39-cu 2022–23CTBAMüəyyənləşməyibCəmi 2/2 12 6 2 4 18 9 39-cu
Olimpiya Oyunları thumb|Hectic phase during the goal-rich Olympic defeat against Belgium in 1928 (5–3) Olympiya Oyunları göstəriciləriEditionMərhələ 1920Mərhələ 1100103 1924Mərhələ 2100102 1928Mərhələ 1100135 1936Mərhələ 1100109 1948Mərhələ 1210176 1952Mərhələ 1210165Cəmi—82061630
Kiçik turnirlər Kiçik turnirlərdəki göstəriciləriİlMərhələ 1980 Marah Halim Kuboku Semi-finals 4-cü7313811 *Two of these seven matches, played against the Indonesian clubs Pardedetex and NIAC Mitra (that ended in 1–0 and 2–1 wins for Luxembourg, respectively) are not regarded as full internationals by the Luxembourg Football Federation.
Results and forthcoming fixtures
Nəticələr 17 noyabr 2020-ci ildə Azərbaycan millisi ilə oyundan sonra yenilənmişdir. Oyun Qələbə Bərabərlik MəğlubiyyətVurduğu qollar Buraxdığı qollar411 3950 3222581115
Recent results and fixtures are as follows:
2019
2020
Head to head records Nəticələr 17 noyabr 2020-ci ildə Azərbaycan millisi ilə oyundan sonra yenilənmişdir. RəqibOQBM110072141010101070075131122461913156 00614011310011001403151042101701611029500510109009301230125104181116110041121310129108101097034900990187016401342111010632111006141310230031001182115100141124202112187016171115500560061000102200100140131010200220025104400410016006601512111011001010710650051001100160069018
İstinadlar
Xarici keçidlər Lüksemburq millisi FİFA-nın saytında Lüksemburq millisinin 1911-ci ildən başlayaraq keçirdiyi bütün oyunların icmalı
Həmçinin bax
Kateqoriya:Avropa milli futbol komandaları Kateqoriya:Lüksemburqda futbol Kateqoriya:Lüksemburq milli idman komandaları