– Yaponiya müəllimi və dilçisi. Rus dili üzrə mütəxəssis olmuşdur.
Həyatı Sadatoşi Yasuqi 1876-cı ildə Tokioda doğulmuşdur. 1900-cü ildə Tokio Universitetinin filologiya fakültəsindən məzun olmuşdur. O, rus ədəbiyyatının tərcüməçisi olan Futabatey Şimeyin azsaylı tələbələrindən biri olmuşdur. Futabateyin Tokio Xarici Dillər Məktəbindəki axşam dərslərinə qatılaraq ondan təsirlənmişdir. 1903-cü ildə Sankt-Peterburqa gedərək bir illiyinə Boduen de Kurtenenin tələbəsi olmuşdur. Yaponiyaya qayıtdıqdan sonra Tokio Xarici Dillər Məktəbinin professoru olmuş və 1935-ci ilə qədər bu postda qalmışdır. Təqaüdə çıxdıqdan sonra emerit professor olmuşdur. Mütəmadi olaraq Rusiyaya səyahət edərək Moskva, Leninqrad, Sibir və Mancuriya kimi yerlərdə olmuşdur.
Sahəsinin qabaqcıllarından hesab olunan Yasuqi pedaqoji fəaliyyətə diqqət ayırmışdır. O, müasir rus dili haqqında dərsliklər, qiraət kitabları, qrammatika kitabları, söhbət kitabları yazmış, Tokio Universitetində 2 illik rus dili kursları vermiş, 1935-ci ildə rusca-yaponca lüğət nəşr etdirmiş, rus dilinin qrammatikasını araşdırmışdır. 1953-cü ildə rus dilinin qrammatikası haqqında yazdığı kitab həmin dövrdə bu mövzuda yazılmış ən ətraflı əsər hesab olunmuşdur. Lakin o, Yaponiyada rus dilini müstəqil tədqiq edən dilçilər qrupu yarada bilməmişdir. Bunun səbəbi həmin dövrdə Yaponiya hökumətinin rus dilinə olan mənfi münasibəti idi.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Sadatoşi Yasuqinin bioqrafiyası
Kateqoriya:Rus dili üzrə dilçilər Kateqoriya:Yaponiya dilçiləri Kateqoriya:Yaponiya pedaqoqları Kateqoriya:Tokio Universitetinin müəllimləri Kateqoriya:Vaseda Universitetinin müəllimləri