Çarlz Semuel Addams (; ) — amerikalı karikaturaçı rəssam. O, yaratdığı qorxunc personajlarla tanınma qazanıb. Onun ən məşhur əsərlərindən biri Addams ailəsidir.

Həyatı Çarlz Addams Nyu-Cersi ştatının Vestfild şəhərində anadan olub. Onun valideynləri Qreys M. (qızlıq soyadı: Spear; 1879–1943) və Çarlz Huey Addams idi. Atası fortepiano şirkətində işləyirdi və memar olmaq istəyirdi. Uşaqlıq dostları onu dəcəl uşaq kimi xatırlayırdı. O, soyadlarının fərqli yazılışına baxmayaraq ABŞ prezidentləri Con Adams və Con Kuinsi Adamsla uzaq qohum idi. Həmçinin o, sosial islahatlarda gördüyü işlərlə məşhur olan Ceyn Addamsın əmisi oğlu idi.

İstinadlar

Kateqoriya:Edqar Allan Po mükafatı qalibləri Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Addams ailəsi Kateqoriya:Nyu-York şəxsləri