Əbdüddar ibn Qusay (; ) — Qusay ibn Kilabın oğlu, Məhəmmədin babası Əbdülmütəllibin ulu babası. Bənu Əbdüddarın əcdadı olduğu kimi oğullarının adı Osman və Əbdümanafdır.SUNY Press :: History of al-Tabari Vol. 39, The
Qusay ibn Kilab (v. 480) ölümündən əvvəl Kəbəyə qulluq etməyi, hacılara su vermə işini, bayraqdarlığı və Darun-Nədvəyə rəhbərlik etməyi oğlu Əbdüddara vəsiyyət etmiş, bu da Əbdümənafoğulları ilə qarşıdurmaya səbəb olmuşdur. Əbdümənafoğullarını Bənu Əsəd, Bənu Zöhrə, Bənu Haris, Bənu Teym, Əbdüddarı isə Bənu Səhm, Bənu Cüməh, Bənu Ədi və Bənu Məxzum dəstəkləmişdir. Tərəflər bir-birilərini son nəfərə qədər ölmük üçün and içsələr də, hadisəyə müdaxilə edənlər sayəsində tərəflər barışdırılmış və vəzifələr bölüşdürülmüşdür. Bölgüyə əsasən Kəbəyə qulluq, bayraqdarlıq və Məkkəyə rəhbərlik vəzifələri Əbdüddarda qalmış və onlar bu vəzifələri Məkkənin fəthinə qədər icra etmişlər.
Həmçinin bax Ədnani
İstinadlar
Kateqoriya:Səhabə əcdadları Kateqoriya:V əsr ərəbləri Kateqoriya:İslam tərcümeyi-halı