Günqışlaq — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd.
Günqışlaq kəndi dəğətəyi ərazidədir. Əsl adı Güneyqışlaqdır. Keçmiş adı Düşmənli olmuşdur. Yaşayış məntəqəsi günəşli qışlaq yerində salındığı üçün belə adlandırılmışdır.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
İstinadlar
Kateqoriya:Zəngilan rayonunun kəndləri