– müəmma janrında yazmış Yaponiya yazıçısı. İkinci Dünya müharibəsi zamanı Yaponiyada insanlar üzərində təcrübələr aparmış 731-ci dəstə haqqında olan mübahisəli trilogiyasına görə tanınır.

Həyatı və karyerası Seyiçi Morimura 1933-cü ildə Saytama prefekturasında doğulmuşdur. Kollecdən məzun olduqdan sonra 1964-cü ildə "Otani" hotelində işləməyə başlamış və növbəti 10 il oyunca burada işləmişdir. Hoteldə işləyərkən jurnal məqalələri yazmağa başlamışdır. İlk romanı 1967-ci ildə nəşr olunmuşdur. romanına görə 1969-cu ildə Edoqava Rampo mükafatını, 1973-cü ildə Yaponiya Müəmma Yazıçıları Mükafatını qazanmışdır.

1976-cı ildə yazdığı romanı qaradərili gəncin qətlindən bəhs edir və Yaponiyanın müharibədən sonrakı qaranlıq dövrünü işıqlandırır. Roman əsasında film çəkilmişdir. 1977-ci ildə nəşr olunmuş romanı ucqar bir kənddə baş vermiş soyqırımdan bəhs edir. 731-ci dəstənin insan təcrübələrindən bəhs edən "Şeytanın qarınqululuğu" əsəri 1981-ci ildə qəzet seriyası kimi nəşr olunmağa başlamışdır. Əsər bestsellerə çevrilmişdir və Yaponiyada sensasiyaya səbəb olmuşdur.

2004-cü ildə Yaponiya Müəmma Ədəbiyyatı Mükafatını, 2011-ci ildə tarixi romanına görə Eyci Yoşikava Ədəbiyyat Mükafatını qazanmışdır. Yazıçılıqla yanaşı hayku şairi olmuş, 2006-cı ildə Tokioda yerləşən KAVA hayku cəmiyyətinin üzvü olmuşdur. 24 iyul 2023-cü ildə ağciyər iltihabı səbəbilə Tokioda yerləşən bir xəstəxanada ölmüşdür.

Şəxsi həyatı İkinci Dünya müharibəsi zamanı Morimuranın yaşadığı ərazi ABŞ tərəfindən bombalanmış və bu səbəbdən pasifist prinsipləri mənimsəmişdir. Nüvə silahlarına qarşı olmaq və sülhü dəstəkləmək haqqında kitab yazmışdır. 2015-ci ildə konstitusiyanın Şinzo Abe tərəfindən yenidən təfsirinə qarşı baş vermiş aksiyalarda iştirak etmişdir.

İstinadlar

Xarici keçidlər J'Lit | Müəlliflər : Seyiçi Morimura | Books from Japan

Kateqoriya:Yaponiya yazıçıları Kateqoriya:Yaponiyanın hayku şairləri Kateqoriya:Yaponiyada ağciyər iltihabından vəfat edənlər Kateqoriya:Yaponiya uzunömürlüləri Kateqoriya:Pasifistlər