Keri Banks Mullis (; ) — Amerikalı biokimyaçı, PCR metodunun yaradıcısı, 1993-cü il Kimya üzrə Nobel Mükafatı laureatı.

Tərcümeyi halı və elmi işi Kari Mullis 28 dekabr 1944-cü ildə Şimali Karolina ştatının Lenoir şəhərində fermer ailəsində anadan olub və uşaqlığını Cənubi Karolina ştatının Kolumbiya şəhərində keçirib. Onun biologiyaya ilk marağına səbəb kənd həyatı idi. Mullis 1966-cı ildə Corciya Texnologiya İnstitutunu bitirib və 1972-ci ildə Berkli Kaliforniya Universitetində biokimya üzrə fəlsəfə doktoru dərəcəsi alıb, burada protein quruluşu və sintezini öyrənib.

Dissertasiya müdafiə etdikdən sonra Mullis müvəqqəti olaraq elmi fəaliyyətdən uzaqlaşaraq elmi fantastika janrında bədii əsərlər yazır. Lakin, o, tezliklə biokimyaya qayıtdı və 2 il Kanzas Universitetinin Tibb Fakültəsində çalışdı və sonra biotexnologiya korporasiyalarından birinə keçdi. Bu şirkətdə işləyərkən Mullis 1983-cü ildə molekulyar biologiya və tibbdə inqilab edən polimeraz zəncir reaksiyası metodunu inkişaf etdirdi. 1993-cü ildə alim bu kəşfinə görə kimya üzrə Nobel mükafatı alıb.

Keri Mullis 7 avqust 2019-cu ildə 74 yaşında Nyuport-Biçdəki evində ürək və tənəffüs çatışmazlığı, ağciyər iltihabının ağırlaşmalarından vəfat etdi. .

Şəxsi baxışlar Mullis bir çox elmi problemlərlə bağlı qeyri-adi və mübahisəli fikirləri ilə seçilirdi. 1998-ci il tərcümeyi-halında o, iqlim dəyişikliyi, ozon təbəqəsi və İİV virusu ilə QİÇS arasında əlaqə haqqında elmi müşahidələrlə razılaşmadı və bu məsələlərdə mövcud konsensus mövqeyini ekoloqlar, hökumətlər və elm adamları arasında bir sui-qəsdlə əlaqələndirdi. O, astrologiyaya inandığını da qeyd etmişdi.

Toledoda keçirilən Avropa Kliniki Araşdırmalar Mərkəzinin 28-ci konfransına sədrlik edən Con Martinin fikrincə, Mullisin İİV-lə bağlı bu konfransdakı çıxışı nə ümumi üslubda idi, nə də elmi məzmun baxımından doğru idi. Aparıcı alimlərdən birinin ictimai çıxış səviyyəsinə uyğun olmadığı və üstəlik gənc alimlərin fikirlərinin formalaşmasına potensial olaraq dağıdıcı təsir göstərə biləcəyi qeyd edilmişdi.

Mükafatları 1991 — Beynəlxalq Gairdner Mükafatı 1992 — Robert Koch mükafatı 1992 — Con Skott medalı 1993 — Kimya üzrə Nobel mükafatı 1993 — Yaponiya Mükafatı

Sosial fəaliyyəti 2016-cı ildə Mullis Qrinpis, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni modifikasiya olunmuş orqanizmlərin (GMO) istifadəsinə qarşı mübarizəni dayandırmağa çağıran məktub imzaladı.

İstinadlar

Xarici keçidlər Nobel saytında məlumat ) Kary Mullisin 1993-cü ildə Nobel mükafatı alması ilə bağlı video

Kateqoriya:Ağciyər iltihabından vəfat edənlər Kateqoriya:Berkli Kaliforniya Universitetinin məzunları Kateqoriya:Amerikan Nobel mükafatı laureatları Kateqoriya:Kimya üzrə Nobel mükafatı laureatları Kateqoriya:ABŞ alimləri