Antalya muzeyi (tür. Antalya Muzesi) — Antalyanın Konyaaltı rayonunda yerləşən Türkiyənin ən böyük muzeylərindən biri. Buraya 13 sərgi salonu və açıq hava qalereyası daxildir.

Muzey 7000 m2 (75000 kv fut) ərazini əhatə edir. Burada 5000 sənət əsəri nümayiş olunur. Bundan əlavə, nümayiş oluna bilməyən daha 25000–30000 artefakt saxlama otağındadır.

Anadoluda Aralıq dənizi və Pamfiliya bölgələrinin tarixini işıqlandıran əsər nümunələrinin sərgiləndiyi bir muzey olaraq Antalya muzeyi Türkiyənin ən əhəmiyyətli muzeylərindən biridir. Muzey 1988-ci ildə "Avropa Şurasının Xüsusi Mükafatı"na layiq görülüb.A Research Guide to the Ancient World: Print and Electronic Sources, by John M. Weeks, Jason de Medeiros

Muzeyin tarixi Birinci Dünya müharibəsinin sonunda, Antalyanın İtaliyanın hərbi işğalı altında olduğu dövrdə italyan arxeoloqları şəhərin mərkəzində və İtaliya səfirliyinin ətrafında tapılmış arxeoloji xəzinələri çıxarmağa başladılar. Bu təşəbbüslərin qarşısını almaq üçün Sultanın müşaviri Süleyman Fikri bəy 1919-cu ildə Antalya vilayətinin qubernatorluğu üçün müraciət etdi. Süleyman Fikri bəy könüllü olaraq qədim əşyaların mühafizəçisi təyin edildi və mərkəzdə qalan artefaktları toplamaq üçün Antalya muzeyini yaratdı.

Muzey əvvəlcə 1922-ci ildə Əlaəddin məscidində, sonra 1937-ci ildən Yivli Minarə məscidində fəaliyyət göstərmiş, 1972-ci ildə indiki binaya köçmüşdür.

1982-ci ildə müxtəlif modifikasiyalar və bərpa işləri üçün muzey ziyarətçilər üçün bağlandı. 1985-ci ilin aprelində Qədim Əşyalar və Muzeylər Baş Müdirliyi tərəfindən aparılan bərpa və sərgi tənzimləmələrindən sonra müasir muzey anlayışlarına uyğun olaraq yenidən təşkil edilmiş və ictimaiyyətə açılmışdır.

Zalları Antalya muzeyi 13 sərgi salonu, 1 açıq səma altında sərgi sahəsi, laboratoriyalar, anbar, təmir sexləri, foto zalı, konfrans zalı, inzibati ofislər, yeməkxana və muzey işçiləri üçün yaşayış yerlərindən ibarətdir.

Sərgi otaqları aşağıdakılardır:

Təbiət Tarixi zalı Zalda insandan tək hüceyrəli heyvanlara qədər canlı varlıqlar, diaqramlar, şəkillər və sümüklər göstərilir.

Tarixdən əvvəlki dövr zalı Burada Karain, Okuzini və Sehahoyukda tapılan əsərlər sərgilənir. Karain, ardıcıl mədəniyyətlərin insanlarının məskunlaşmasının izlərinin qorunub saxlanıldığı bir mağaradır.

Eksponatlar paleolitdən Roma dövrünə qədər olan əşyalardır. Eksponatlara heyvan qalıqları və mətbəx əşyaları daxildir.

Qədim dünya tarixi zalı Burada Haçılardan tapılan neolit, xalkolit və erkən tunc dövrünə aid əşyalar nümayiş etdirilir. Əşyaların əksəriyyəti Səmahöyük və onun ətrafında aparılan qazıntılar zamanı aşkar edilib.

Antik dövr zalı Bu otaqda Mikendən Ellinistik dövrlərə aid artefaktlar nümayiş etdirilir: gil heykəlciklər, şərab qabları, qablar. Ellinizm dövrünün vitrinlərindən birində Apollonun mühüm heykəlciyini görmək olar. Bundan əlavə, muzeydə qədim Roma dövrünə aid heykəltəraşlıq əsərləri sərginin ən böyük hissəsini təşkil edir. Qədim qabların siyahısına Lekitos, Alabastron, Oinohoe, Kothon, Aryballos və Laginos daxildir.

Tanrılar zalı Bu zalda eramızın II və III əsrlərinə, Roma dövrünə aid mifoloji fiqurların heykəlləri nümayiş etdirilir. Onlar Pergedə aparılan qazıntılarda tapılıb. Heykəllərin siyahısına təqdim olunan mifoloji fiqurlar daxildir: Minerva, Zevs, Artemida, Harpokrat, Afrodita, Asklepi, Tixa, Meleager, Hekate, Hermes və Marsyas.

Kiçik tapıntılar zalı I və II Qədim Roma və Bizans dövrlərinə aid kiçik tapıntılar, çıraqlar və şüşə əşyaların salonlarında Kumlucada xəzinə axtaranlar tərəfindən tapılan qızılı naxışlı gümüş nimçə, buxur yandırıcılar və çıraqlar (miladi 6-cı əsr) nümayiş etdirilir. Zalın ön hissəsində Limira ilə üzbəüz aşkar edilmiş məzardan heykəlciklər nümayiş etdirilir.

İmperator heykəlləri zalı Burada Roma dövrünə aid imperatorları və digər şəxsiyyətləri əks etdirən heykəllər sərgilənir. Onlar Pergedə aparılan qazıntılarda tapılıb. Otağın mərkəzində o şəhərin qızıl dövründə Pergenin inkişafına böyük töhfə vermiş Plancia Magnanın böyük heykəli var. Burada həmçinin İmperator Adrian, İmperator Septimius Sever və onun həyat yoldaşı Yuliya Domna, Roma imperatoru Lusi Verin, imperator Trayan, imperator Karakalla və Makedoniyalı İsgəndərin heykəlləri var.

Sarkofaq zalı Burada Pamfiliya və Sidemaradan Roma dövrünə aid sarkofaqlar sərgilənir. Onlardan ən gözəli Domitiusun sarkofaqı və Heraklin on iki qələbəsini təsvir edən sarkofaqdır. Sarkofaqlar siyahısına Herakl, Domitius Julianus və Domita Filissi, Aureliya Botiana və Demetriyanın sarkofaqları və Dionisin çardaq tipli sarkofaqı daxildir.

Mozaika zalı Burada Ksantosda aparılan qazıntılarda tapılan Bizans dövrü mozaikaları və Antalya ətrafındakı bölgəyə aid ikonalar sərgilənir.

Kilsə artefaktları zalı Bu zalda İsa Məsihin həyatını əks etdirən taxta kilsə işıqlandırmaları nümayiş etdirilir. Bundan əlavə, qutuda saxlanılan Müqəddəs Nikolay və onun müqəddəs izlərini əks etdirən artefaktlar nümayiş etdirilir.

Sikkələr zalı Sikkə salonunda Ellinizm dövründən Osmanlı dövrünə qədər qızıl, gümüş və mis sikkə nümunələri nümayiş etdirilir. Onlardan ən maraqlısı şəhər və imperiya sikkələridir.

Türk — İslam dövrü eksponatları zalı Burada Səlcuqlu və Osmanlı kaşı nümunələri, Osmanlı dövrünə aid Anadolu xalçaları, kitabələr, kitablar, şamdanlar, çıraqlar, dərviş əşyaları və s. təqdim olunur.

Etnoqrafik zalı Burada Antalya bölgəsinə aid paltarlar, tikmələr, silahlar, metal əşyalar sərgilənir. Otağın bir küncü tipik Anadolu evi kimi təchiz olunub.

Uşaq bölməsi Muzeyin girişindəki zal Türkiyədə ilk olaraq Uşaq Muzeyi kimi təşkil edilib. Bu bölmənin vitrinlərində müxtəlif uşaq oyuncaqları və antik pul qutuları var. Uşaqların muzeylərdən, antik əşyalardan həzz alması, onlarda maraq oyatması üçün sadə restavrasiyalar, keramika heykəltəraşlığı və rəsm üçün maarifləndirici fəaliyyət imkanları təmin edilir və onların əsərləri studiya bölməsində təqdim olunur.

Qalereya

Həmçinin bax Antalya İstanbul Arxeologiya Muzeyi Anadolu Mədəniyyətləri Muzeyi

İstinadlar

Xarici keçidlər

High Resolution Museum Pictures

Photos of some of the artifacts in the museum Museum Galleries Huge collection of pictures from Antalya's Archaeological Museum A panoramic image taken in the Antalya Archaeological Museum

Kateqoriya:Türkiyənin milli muzeyləri Kateqoriya:Türkiyədəki arxeologiya muzeyləri Kateqoriya:Antalya Kateqoriya:1972-ci ildə tamamlanmış binalar və tikililər