Aişə Qurbanlı () — Azərbaycanı təmsil edən cüdoçu.

Karyerası Aişə Qurbanlı beynəlxalq turnirlərdə birinci uğurlarına 2015-ci ilin noyabrında African Open turnirində bürünc, Oceania Open turnirində isə gümüş medala sahib olmaqla imza atdı. IJF Qran-Pri seriyalı turnirlərdə onun ən yaxşı nəticəsi 2017-ci ilin aprelində Antalyada baş tutan turnirdə qeydə alıdı (beşinici pillə).

Karyerası ərzində nüfuzlu beynəlxalq turnirlərdə, Dünya və Avropa Çempionatlarında uğura imza ata bilməyən Aişə Qurbanlı Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil etdi. Qadınların −48 Kq. turnirində çıxış edən Aişə Qurbanlı olimpiadanın 1/16 final mərhələsində Portuqaliya nümayəndəsi Katarina Kostaya vaza-ari balı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın cüdoçuları Kateqoriya:Azərbaycanın olimpiya cüdoçuları Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında cüdoçular Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:2019 Avropa Oyunlarında cüdoçular Kateqoriya:2015 Avropa Oyunlarında cüdoçular Kateqoriya:Avropa Oyunlarının Azərbaycan idmançıları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar