2015-ci ildə Əl-Hol uğrunda döyüş — Suriyada vətəndaş müharibəsi zamanı Suriya Demokratik Qüvvələrinin (SDQ) strateji əhəmiyyətə malik Əl-Hol şəhərini və ətraf kəndləri İraq və Şam İslam Dövlətindən (İŞİD) ələ keçirmək üçün başlatdığı hücum əməliyyatı. Bu, üç fərqli bölgədə ayrı-ayrı əməliyyatlardan ibarət idi: Təll-Bərak, Əl-Hol və cənubda Əl-Həsəkə şəhərətrafı.

Nəticəsi SDQ 30 noyabrda Əl-Həsəkənin cənubunda yerləşən bəndi ələ keçirdikdən sonra cənuba doğru, İŞİD-in Əl-Həsəkə mühafəzəsində son qalası olan Əl-Şəddadə şəhərinə doğru hücumunu davam etdirmişdir. 1 dekabrda ərəb qəbilə liderləri mülki şəxslərin ölümünün qarşısını almaq və şəhərin infastrukturuna daha az zərərərin dəyməsi üçün İŞİD yaraqlılarını şəhərdən çəkilməyini tələb etmişdir. Həmçinin, İŞİD-in Əl-Şəddadə yaxınlığındakı bəzi mövqelərini boşaltmağa başladığı və bəzi İŞİD yaraqlılarının qarşıdan gələn döyüşə hazırlıq məqsədilə ailələrini ərazidən Deyr əz-Zövr mühafəzəsində öz nəzarətində olan ərazilərə köçürdüyü bildirilmişdir.

16 fevralda SDQ strateji əhəmiyyətli Əl-Şəddadə şəhərini və ətraf kəndləri ələ keçirmək üçün hücuma keçmişdir. 19 fevralda SDQ Əl-Şəddadə şəhərini və ətraf kəndləri ələ keçirmişdir.

20 fevralda SDQ daha da cənuba doğru irəliləyərək Əl-Fədqəmi kəndini ələ keçirmişdir. 21 fevralda SDF qüvvələri daha da cənuba doğru irəliləyərək Deyr əz-Zot mühafəzəsinin 16 kilometrinə yaxınlaşaraq Mərkədə qəsəbəsini ələ keçirmişdir. Hücum zamanı SDQ 2400 kvadrat kilometr ərazini İŞİD qüvvələrindən almışdır.

SDQ 30 noyabrda Əl-Həsəkənin cənubunda yerləşən bəndi ələ keçirdikdən sonra cənuba doğru, İŞİD-in Əl-Həsəkə mühafəzəsində son qalası olan Əl-Şəddadə şəhərinə doğru hücumunu davam etdirmişdir. 1 dekabrda ərəb qəbilə liderləri mülki şəxslərin ölümünün qarşısını almaq və şəhərin infastrukturuna daha az zərərərin dəyməsi üçün İŞİD yaraqlılarını şəhərdən çəkilməyini tələb etmişdir. Həmçinin, İŞİD-in Əl-Şəddadə yaxınlığındakı bəzi mövqelərini boşaltmağa başladığı və bəzi İŞİD yaraqlılarının qarşıdan gələn döyüşə hazırlıq məqsədilə ailələrini ərazidən Deyr əz-Zövr mühafəzəsində öz nəzarətində olan ərazilərə köçürdüyü bildirilmişdir.

İstinadlar

Kateqoriya:Suriyada vətəndaş müharibəsi Kateqoriya:2015-ci ildəki münaqişələr