thumb|250x250px| Qafqaz regionunun siyasi xəritəsi. 1060-cı il. Mağas və ya Maas, həmçinin Maqs və ya Maks — Böyük Qafqaz dağlarında orta əsrlərdə mövcud olmuş Alaniya padşahlığının paytaxtı. İslam və Çin mənbələrindən məlumdur, lakin onun yeri qeyri-müəyyəndir. Bəzi müəlliflər Şimali Osetiyada olması nəzəriyyəsinə üstünlük verir, digərləri isə X əsrə aid üç kilsənin hələ də mövcud olduğu müasir Qaraçay-Çərkəzdəki Arxızı göstərir.
Gent Universitetindən (Belçika) tarixçi Con Lethem Sprinkl Mağasın Krasnodar diyarının Otradnenski rayonunda İliçevskoye Qorodişe kimi tanınan arxeoloji sahəsi olduğunu müəyyən etmişdir.
Rusiyanın İnquşetiya Respublikasının paytaxtı Maqas şəhəri Mağasın adını daşıyır.
İstinadlar
Kateqoriya:Alanlar Kateqoriya:Keçmiş paytaxtlar Kateqoriya:Qafqaz tarixi