André Luiz Ladaga daha çox Andrezinho kimi tanınır () — yarımmüdafiəçi kimi çıxış edən təqaüdçü futbolçu . Onun son klubu Karvan olub. Braziliyada anadan olub, 2006–2008-ci illərdə Azərbaycan millisini təmsil edib.
Karyera 2004-cü ilin yayında Andrezinyo Azərbaycan Premyer Liqasının "Bakı" klubuna keçdi. O, 2007–08 mövsümünün sonunda ayrılana qədər Bakı üçün 80 liqa oyununda iştirak edib və 6 qolun müəllifi olub. 2009-cu ilin yayında Andrezinyo Karvana qoşulub, 2010-cu ilin yanvarında ayrılmadan əvvəl 2 oyunda iştirak edib.
Beynəlxalq karyera Andrezinyo 2006-cı ildə Azərbaycan vətəndaşlığını alıb və Azərbaycan yığmasında 2006-cı il sentyabrın 2-də Serbiya və Monteneqroya qarşı debüt edib. O, iki il ərzində Azərbaycan yığmasında ümumilikdə 13 oyun keçirib, 6 sentyabr 2006-cı ildə Qazaxıstana qarşı Avro 2008-in seçmə oyununda bir qol vurub
İstinadlar
Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Karvan-Yevlax FK futbolçuları Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Vasko da Qama FK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Braziliyanın kişi futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycan vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri