thumb|right|250px|Rusiya İmperiyası Silahlı Qüvvələrinin qvardiya piyada artilleriyasının baş zabiti və generalı, 1808-1809-cu illər Subordinasiya () — rütbəsi (vəzifəsi) aşağı olan vəzifəli şəxsin özündən yuxarı şəxsin qərarlarının (sərəncamlarının) və tələblərinin icrasına, habelə vəzifə intizamı, etika və məsuliyyət qaydalarına riayət edilməsinə tabe olmasını nəzərdə tutan rəsmi münasibət növü.
Tarixi Əvvəllər Rusiyada subordinasiya hərbi tabeçilik (hərbi intizamla eyni) və itaət kimi müəyyən edilirdi. Tabeçilik hərbçinin şəxsi iradəsinin öz rəisinin (komandirinin) iradəsinə tabe olmasından ibarət olub, onun əmrlərinin dəqiq və dönməz icrasında ifadə olunurdu.
Rus feldmarşalı Aleksandr Suvorov subordinasiyanı əsas hərbi fəzilətlər sırasına daxil etmişdir.
Subordinasiyanın məzmunu cəmiyyətin müxtəlif iyerarxik səviyyələrində olan insanlar arasında müəyyən edilmiş münasibətlər qaydalarına riayət etməkdir. Subordinasiyaya riayət etmək böyük-kiçik münasibətləri üçün məcburidir.
Mühafizə, ordu, donanma, aviasiya, polis və digər hərbiləşdirilmiş müəssisələrdə subordinasiya qaydaları müəyyən norma və ənənələrə riayət edilməsi qaydasını müəyyən edir. İstinadlar
Ədəbiyyat А. Д. Михельсон, Объяснение 25000 иностранных слов, вошедших в употребление в русский язык, с означением их корней., 1865.
А. Н. Чудинов, Словарь иностранных слов, вошедших в состав русского языка., 1910. Субординация // Военно-морской словарь для юношества: Около 10 000 слов / Под общ. ред. П. А. Грищука. — 2-е изд. — : ДОСААФ, 1988. — С. 435. — 560 с., 64 л. ил. — 100 000 экз. — ISBN 5-7030-0298-2. Xarici keçidlər Kollektivdə subordinasiya: Lehinə və əleyhinə Subordinasiya nədir. İş münasibətlərində subordinasiya. Kateqoriya:Hərbi hüquq Kateqoriya:İnsan resurslarının idarə edilməsi Kateqoriya:İdarəetmə Kateqoriya:Komandanlıq və nəzarət