Nune Sarkisyan (, ) — erməni sənət tarixçisi və müəllifi. O, Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanın həyat yoldaşı və Ermənistanın keçmiş birinci xanımıdır.

Həyatı Nune Sarkisyan 1954-cü il martın 26-da İrəvanda anadan olub. İrəvan Dövlət Universitetinin Roman-german dilləri fakültəsini bitirib. O, Matenadarandakı Mesrop Maştots adına Qədim Əlyazmalar Elmi-Tədqiqat İnstitutunda işləyib. London Universitetinin Goldsmiths Kollecini incəsənət tarixi yönündə magistri dərəcəsi üzrə bitirmişdir. Sotheby İncəsənət İnstitutunda incəsənətşünaslıq ixtisası almışdır. Daha sonra Londonun Vestminster Kollecində rəssamlıq və rəsmxət üzrə təhsilini davam etdirib.

1978-ci ildə Armen Sarkisyanla ailə həyatı qurub. Onun Vardan və Hayk Sarkisyan adlı iki oğlu, üç nəvəsi var.

Fəaliyyəti O, müasir incəsənət, mədəniyyət və musiqi xadimləri haqqında Ermənistanda, ABŞ-da, Avropanın müxtəlif ölkələrində dərc olunmuş bir çox məqalə və resenziyaların müəllifidir. O, bir çox sərgilər, eləcə də müxtəlif konsert salonlarında klassik musiqi konsertləri təşkil edib.

Nune Sarkisyan UNİCEF tərəfindən uşaq hüquqlarının fövqəladə müdafiəçisi təyin edilib.

Yaradıcılığı Universitet illərindən uşaqlar üçün incəsənət, musiqi və mədəniyyətlə bağlı məqalələr, nağıl və hekayələr yazmaqla məşğuldur. Erməni, rus və ingilis dillərində iyirmidən çox uşaq kitabının müəllifidir. Onun nağılları təkcə şərqi erməni və qərbi erməni dillərində deyil, həm də müxtəlif dialektlərdə çap olunub. Onun Keçəl Kirpi kimi nağıllarından bəziləri Dövlət Kukla Teatrında, Tzuk Mzuk isə Karapet Kukla Teatrının səhnəsində tamaşaya qoyulub.

Mükafatlar

Xarici mükafatlar — "İtaliya qarşısında xidmətlərə görə" ordeninin Böyük Cəngavər Xaçı (25 iyul 2018-ci il)

İstinadlar

Kateqoriya:Erməni yazıçılar Kateqoriya:XX əsr qadın yazıçıları Kateqoriya:XXI əsr qadın yazıçıları