və ya Leonard Fucita () – yaponəsilli Fransa rəssamı.

Həyatı Tsuquharu Fucita 1886-cı ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. 1910-cu ildə Tokio İncəsənət Universitetindən məzun olmuşdur. 1913-cü ildə Paris şəhərinə köçmüş, Pablo Pikasso, Xaim Sutin və Amadeo Modilyani kimi rəssamlarla tanış olmuşdur. O, Paris məktəbinin rəssamı olmuş və Fransada yaşamağa başlamışdır, lakin mütəmadi olaraq Yaponiyaya səyahətlər etmişdir.

İkinci Dünya müharibəsi illərində Yaponiyaya qayıtmış və ordu üçün memorial döyüş əsərləri çəkmişdir. 1949-cu ildə Yaponiyanı həmişəlik tərk etmiş, 1 il ABŞ-də yaşadıqdan sonra Fransaya qayıtmışdır. 1955-ci ildə Fransa vətəndaşlığı almış və 1957-ci ildə "Fəxri legion" ordeni ilə təltif olunmuşdur. 1966-cı ildə katolikliyə keçərək Leonard adını götürmüşdür.

Yaradıcılığı Zərif üslubu, incə detallara əhəmiyyət verməsi və ukiyo-e əsərlərindən təsirlənərək süd rəngindən istifadəsi onu Qərb rəssamlığında tanıdan amillər olmuşdur. Nü janrında əsərlər, avtoportretlər, natürmortlar və pişik rəsmləri çəkmişdir. Fransanın Reyms şəhərində yerləşən və onun adını daşıyan Fucita kapellasını dizayn etmiş, interyeri üçün freskalar çəkmişdir.

Qeydlər

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Fucitanın pişikləri

Kateqoriya:Yoqa rəssamları Kateqoriya:Fransa rəssamları Kateqoriya:Yaponiya qrafik-rəssamları Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Fransanın Roma katolikləri Kateqoriya:Yaponiyanın Roma katolikləri