Timothi O'Rayli (; ) — irlandəsilli ABŞ müəllifi və naşiri. O, "O'Reilly Media"nın (keçmiş "O'Reilly & Associates") yaradıcısıdır. O'Rayli açıq mənbə və Veb 2.0 terminlərini məşhurlaşdırdı.

Erkən illəri İrlandiyanın Kork qraflığında anadan olmuşTim O'Rayli körpə ikən ailəsi ilə birlikdə Kaliforniyanın San-Fransisko şəhərinə köçmüşdür. Onun üç qardaşı və üç bacısı var. Yeniyetməlik illərində böyük qardaşı Şon tərəfindən təşviq edilən O'Rayli yazıçı və ümumi semantika proqramının tərəfdarı olan Corc Saymonun davamçısı olmuşdur. Saymon vasitəsilə O'Rayli Alfred Korzıbskinin yaradıcılığı ilə tanış olmuş, onu formalaşdıran təcrübə kimi göstərmişdir.

1973-cü ildə O'Rayli klassikləri öyrənmək üçün Harvard Kollecinə daxil olmuş, 1975-ci ildə bakalavr dərəcəsini yüksək qiymətlə bitirmişdir. O'Raylinin Harvarddakı ilk ilində Corc Saymon qəza nəticəsində vəfat etdi.

Fəaliyyəti Vəkillik O'Rayli bir sıra səbəblərə görə aktivist kimi fəaliyyət göstərmişdir və şirkətinin "uzun müddət təbliğat, mem hazırlama və evangelizm tarixi" ilə fəxr edir. İnandırma strategiyası olaraq insanların istifadə etdiyi terminologiyanı dəyişdirməyə çalışan "mem mühəndisliyi" texnikasını inkişaf etdirmişdir.

Hökumət platforma kimi O'Rayli "hökumət platforma kimi" və ya "Gov 2.0" anlayışını təbliğ edir. O, alqoritmik tənzimləmənin, açıq verilənlər rəyi vasitəsilə hökumət siyasətlərinin davamlı monitorinqi və modifikasiyasının ən həvəsli təbliğatçısı hesab olunur.

Həmçinin bax Veb 2.0

İstinadlar

Xarici keçidlər FUTURIST magazine interview with O'Reilly , Re: Future of Publishing NerdTV Interview (video, audio, and transcript available) – 29 September 2005 Tim O'Reilly interview – O'Reilly on Linux PC Pro interview covering Linux, Java and books Tim O'Reilly talks about Govt 2.0 at Aspen Ideas Festival, July 2009 video Tim O'Reilly on FLOSS Weekly Speaking with Stewart Brand and The Long Now on the subject “Birth of the Global Mind” (020130905)

Kateqoriya:ABŞ proqramçıları Kateqoriya:İrlandəsilli amerikalılar