Hans Maks Huber (; ) — İsveçrə hüquqşünası və diplomatı. Bir sıra beynəlxalq konfrans və qurumlarda İsveçrəni təmsil etmişdir. Lozanna, Sürix və Berlin universitetlərində hüquq təhsili almışdır. Huber 1902–1914-cü illərdə Sürix Universitetində beynəlxalq, konstitusiya və kanon hüququndan dərs demişdir. Birinci Dünya müharibəsi zamanı İsveçrənin Müdafiə və Xarici İşlər Nazirliyinə məsləhətçi olmuşdur. Həmçinin, 1922–1939-cu illərdə Daimi Beynəlxalq Ədalət Məhkəməsinin hakimi və 1925–1927-ci illərdə onun sədri kimi fəaliyyət göstərmişdir. O, 1928-ci ildə Haaqa Daimi Arbitraj məhkəməsində Amerika Birləşmiş Ştatları ilə Niderland arasında Palmas-Keys adası işində arbitr kimi fəaliyyət göstərmişdir. 1928–1944-cü illərdə Beynəlxalq Qızıl Xaç Komitəsinə rəhbərlik etmişdir.

Seçilmiş əsərləri Der Schutz der militärischen und völkerrechtlichen Interessen im schweizerischen Strafgesetzbuch. Verlag Stämpfli & Cie AG, Bern 1913 Die soziologischen Grundlagen des Völkerrechts. Verlag Dr. Walther Rothschild, Berlin 1928 Grundlagen nationaler Erneuerung. Vom Wesen und Sinn des schweizerischen Staates. Evangelium und nationale Bewegung. Schulthess, Zürich 1934 The good samaritan. Reflections on the gospel and work in the Red Cross. Victor Gollancz, London 1945 Das Internationale Rote Kreuz. Idee und Wirklichkeit. Max Niehans Verlag, Zürich 1951

İstinadlar

Kateqoriya:İsveçrə diplomatları Kateqoriya:Sürix Universitetinin müəllimləri