Ağ körpü — Göygöl rayonunun Topalhəsənli kəndində Gəncəçayın üzərində yerləşən körpü. Körpü XII əsrdə yüksək memarlıq üsulu ilə tikilib. Bu günə qədər gəlib çıxmasının səbəblərindən biri çay suyunun təsirindən qorunmaq üçün körpünün dayaqlarının nəhəng qayalıqlar üzərində qurulmasıdır. Körpü 3 tağdan ibarətdir və adının mənşəyi və kim tərəfindən tikildiyi məlum deyil. İstinadlar

Kateqoriya:Göygöl rayonunun abidələri