Pirəbülqasım – Azərbaycan Respublikasının İsmayıllı rayonunun Keyvəndi kənd inzibati ərazi dairəsində kənd.

Pirəbülqasım kəndi rayon mərkəzindən 16 km şərqdə yerləşir. ”Bədo” istirahət yerinin yaxınlığında, Bakı–İsmayıllı şossesindən 3 km cənubdadır.

Əhalisi Pirəbülqasım kəndində aşağıdakı tayfa tipli əqrabalar olmuşdur. İndi də onların qarışıq da olsa nümayəndələri var. Abdullu (bir kökdən başlayıb), Kərimli, Qədirli, Cabarli, Mollacəbili, Məhərrəmli (Qubadan gəlmədi), Mahmudlu (bir kökdəndirlər Eyvazli Dağistandan gəlmə), Mməmmədli (Qubadan gəlmədir), Əbilli (bir–birinə yaxındırlar), Seyidli

Şəxsiyyətləri Zahir Müslimov. Ağasən Bədəlzadə. Xəlil İsgəndərov. Ərəstun Mahmudov (1957–1992) — Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı.

Abidələri Əhalisi 161 nəfərdir ki onunda 73 nəfəri kişi, 88 nəfəri qadındır. Pirəbülqasım piri–qabarıq heksoqonal günbəz 1655–1656-cı illərdə usta Hacıbaba tərəfindən inşa edilmişdir. Bundan əlavə, Pirəsürə (Yeddibulaq) piri, Şamqərib piri, Əncirli pir, Sofu baba piri, qədim Kəlovdan kəndinin qalıqları, Şeyitlər adlanan tiflan bulağı yaxınlığındakı qəbirlər, daş bulaqlar və sair abidələr vardır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:İsmayıllı rayonunun kəndləri