Hacı Qara filmi rejissor Abbas Mirzə Şərifzadə tərəfindən 1929Шәрифзадә // Азербайджанская советская энциклопедия / Под ред. Дж. Кулиева. — Б.: Главная редакция Азербайджанской советской энциклопедии, 1987. — Т. X. — С. 514–515-ci ildə ekranlaşdırılmışdır. Film Azdövlətkinoda istehsal edilmişdir. Film Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir. Kinolentin mövzu və süjeti bir qədər genişləndirilmiş, dramaturqun başqa əsərlərindən istifadə edilərək, əlavə obrazlar salınmış, habelə milli adət və ənənələrdən istifadə edilmişdir.Əfəndizadə, Ç. "Sona" ("Hacı Qara" filmi) //Kommunist.- 1929.- 25 mart Filmdə Azərbaycan bəylərinin, tacirlərinin, kəndlilərinin həyatı öz əksini tapmışdır.Veho. "Sona" və "Hacı Qara" //Yeni yol.- 1929.- 26 mart

Məzmun Filmdə Azərbaycan bəylərinin, tacirlərinin, kəndlilərinin həyatı öz əksini tapmışdır.

Film haqqında Film Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir. 3 oktyabr 1927-ci ildə ilk dəfə olaraq, kinostudiyada filmin ssenarisi oxundu.Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutu, arx-20, q-16 (213). Rejissor Abbas Mirzə Şərifzadə filmin hazırlıq işlərinə 1927-ci ildən, filmin çəkilişlərinə isə həmin ilin son aylarından başlamışdır.Газ. "Кино". 3 января 1928 года. Kinolentin mövzu və süjeti bir qədər genişləndirilmiş, dramaturqun başqa əsərlərindən istifadə edilərək, əlavə obrazlar salınmış, habelə milli adət və ənənələrdən istifadə edilmişdir. Bu film kinodramaturq kimi Cəfər Cabbarlının kinoda ilk işidir. Yəni Cəfər Cabbarlı Azərbaycanın ilk milli kinodramaturqudur. Film aktrisa Əzizə Məmmədovanın kinoda ilk işidir. Film aktyor Əli Qurbanovun kinoda ilk işidir. Film günümüzə qədər gəlib çatmamışdır. Yalnız 2022-ci ildə filmə aid 38 saniyəlik epizod tapılmışdır.

Filmin heyəti

Filmin üzərində işləyənlər Əsərin müəllifi: Mirzə Fətəli Axundov Ssenari müəllifi: Cəfər Cabbarlı Quruluşçu rejissor: Abbas Mirzə Şərifzadə Quruluşçu operator: İvan Tartakovski Quruluşçu rəssam: Aleksandr S. Qonçarski Montaj edən: Abbas Mirzə Şərifzadə Bədii Rəhbər: Vsevolod Pudovkin Rejissor köməkçisi: Ağarza Quliyev

Rollarda Mirzəağa Əliyev — Hacı Qara Mustafa Mərdanov — Kərəməli K. Vyaznova — Sona Ağasadıq Gəraybəyli — Əsgər Bəy M. Ə. Qayıbov — Heydər Sidqi Ruhulla — Əliyar Bəy Mərziyyə Davudova — Tükəz Y. Hacıqasımov — Səfərəli Hacıağa Abbasov — Bayraməli Bəy (Sonanın atası) Əzizə Məmmədova — Gülsüm (Bayraməli bəyin arvadı) Rüstəm Kazımov N. Həsənov A. Mirzəyev Əli Qurbanov — aşıq Əşrəf Yusifzadə

İstinadlar

Mənbə Əfəndizadə, Ç. "Sona" ("Hacı Qara" filmi) //Kommunist.- 1929.- 25 mart Veho. "Sona" və "Hacı Qara" //Yeni yol.- 1929.- 26 mart H. Abbasov. Xatirələr. Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutunun elmi arxivi, inv. № 643 (a). İbrahim, X; Tahir, Ə. "Hacı Qara" //Kommunist.- 1930.- 18 mart. Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920–1935-ci illər). Bakı: Elm, 1970. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 17. Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898–2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 20. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.

Həmçinin bax

Kateqoriya:1929-cu ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:Macəra filmləri Kateqoriya:Səssiz filmlər Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Azərbaycanfilm Kateqoriya:Şuşada çəkilən filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Abbas Mirzə Şərifzadənin filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin ağ-qara filmləri Kateqoriya:Azərbaycanın ağ-qara filmləri Kateqoriya:SSRİ-nin komediya filmləri