Qustav Radde () — alman təbiətşünası və tədqiqatçısı. Radde yarpaqgüdəni və bir neçə başqa növ onun adını daşıyır.
Bioqrafiya Radde Qdansk şəhərində bir məktəb müdirinin ailəsində dünyaya gəlib. O, karyerasına əczaçı kimi başlayıb. Erkən yaşlarında alman entomologist Anton Mengedən təsirləndi və getdikcə təbiət tarixi ilə maraqlanmağa başladı və 1852-ci ildə karyerasını dayandırdı və iki il Krımda botanik Xristian fon Stevenlə birlikdə həm bitkiləri, həm də heyvanları topladı. Daha sonra İohann Fridrix fon Brandt və Karl Ernst fon Ber ilə Rusiya imperiyasının cənubuna daha çox səfər etdi. 1855-ci ildə astronom Lüdviq Şvarsın rəhbərlik etdiyi Şərqi Sibir Ekspedisiyasına botanik və zooloq kimi qoşuldu.
1864-cü ildə Tiflisdə məskunlaşdı. Həmin il o, Elbrus dağının ətrafındakı bölgəni tədqiq etdi. O, bir çox bitki toplamaqla yanaşı, yerli tayfaların dillərini, mahnılarını və adət-ənənələrini qeyd etmişdir. Öz kəşflərini nümayiş etdirmək üçün Tbilisidə Qafqaz muzeyi və kitabxana yaratdı. Onun toplayıcı ekspedisiyalarına Qara dəniz sahili boyunca və Xəzər dənizinin qərb sahilindən Aşxabada səfərlər daxildir. 1890-cı ildə Qarabağ bölgəsini ziyarət edərək, Şuşa, Cəbrayıl, Meğri, Ordubad, Gədəbəy kimi şəhərləri gəzmiş, Hüseyn ağa Cavanşir, Əbdülsəməd bəy Cavanşir, Edmund Raytter və Hans Leder kimi şəxslərlə görüşməklə yanaşı Tatev monastırı və Məmmədbəyli türbəsini tədqiq etmişdir. 1895-ci ildə Qafqaz canişini Mixail Nikolayeviç Romanov ilə birlikdə Hindistan və Yaponiyaya getdi və iki il sonra o, Rusiya imperator ailəsinin üzvlərinin Şimali Afrikaya səfərində rəsmi təbiətşünas oldu.
Eponimlər Onun adını daşıyan heyvanlar arasında Radde yarpaqgüdəniBeolens, Bo; Watkins, Michael (2003). Whose Bird? Common Bird Names and the People They Commemorate. New Haven: Yale University Press. 400 pp. . ("Radde", p. 280). və Radde çərənçisi (Aladöş çərənçi) kimi quşlar, monqol qurbağasıBeolens, Bo; Watkins, Michael; Grayson, Michael (2013). The Eponym Dictionary of Amphibians. Exeter, England; Pelagic Publishing Ltd. xiii + 262 pp. . ("Radde", p. 175).(Pseudepidalea raddei), Azərbaycan kərtənkələsiBeolens, Bo; Watkins, Michael; Grayson, Michael (2011). The Eponym Dictionary of Reptiles. Baltimore: Johns Hopkins University Press. xiii + 296 pp. . ("Radde", p. 215). (Darevskia raddei), Radde girdəbaşı (Phrynocephalus raddei), və Radde dağ gürzəsi kimi sürünənlər var.
Kitabları Reisen im Süden von Ost-Sibirien in den Jahren 1855–59 ("1855–59-cu illərdə Şərqi Sibirin cənubuna səyahət," 1862–1863) Vier Vorträge über den Kaukasus ("Qafqaz haqqında dörd esse," 1874) Die Chews'uren und ihr Land ("Xevsurlar və torpaqarı," 1878) Ornis Caucasica. Die Vogelwelt des Kaukasus ("Ornis Caucasica. Qafqazın quşlar dünyası," 1884) Bericht über die im Sommer 1890 im russischen Karabagh ("1890-cı ilin yayında Rusiya Qarabağından hesabat") Das Ostufer des Pontus ("Pontusun şərq sahili," 1894) Die Sammlungen des kaukasischen Museums ("Qafqaz muzeyi kolleksiyası")
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Almaniya ornitoloqları Kateqoriya:Asiyanın tədqiqatçıları Kateqoriya:Almaniya entomoloqları Kateqoriya:Almaniyanın qeyri-bədii əsər yazan yazıçıları Kateqoriya:Rusiya imperiyası zooloqları