Sakastan (həmçinin Sagestan, Sagistan, Secaniş, Segistan, Sistan və Sicistan kimi də tanınır) son antik dövrdə Sasani vilayəti. İndiki Nimruz vilayətinin tərkibində yerləşir. Vilayət qərbdə Kirman, şimal-qərbdə Spahan, şimal-şərqdə Kuşanşəhr və cənub-şərqdə Turanla həmsərhəd idi. Vilayət qubernatoru mərzban tituluna sahib idi. 459/60-cı ildə bu titul ləğv edilənə qədər vali "Sakanşah" (sakların şahı) titulunu da daşıyırdı.

Etimologiyası "Sakastan" sözü eramızdan əvvəl köçəri skif qrupu olan "saklar ölkəsi" deməkdir. Onlar e.ə. II əsrdən e.ə. I əsrə qədər İran yaylasında və Hindistanda Hind-skif padşahlığı kimi tanınan bir krallıq qurmuşdular. Bundahişndə Pəhləvi dilində yazılmış zərdüşti yazısında vilayət "Secansih" kimi qeydə alınmışdır. Ərəblərin İranı zəbt etməsindən sonra bu vilayət "Sicistan", daha sonra isə “ Sistan ” adı ilə tanınmışdır. Regionda indiki İranda Sistan və Bəlucistan ostanı olaraq qalır.

Mərzbanları Narse (240–271) II Bəhram (271-274) Sakastanlı Hörmüzd (274–283) III Bəhram (283–293) Şapur Sakanşah (IV əsrin əvvəlləri) III Hörmüzd (???-457) Karin-pəhləvi sülaləsindən naməlum aristokrat (459/60–???) Suhra (???–484) Sakastanlı Bəxtiyar (II Xosrov dövründə) Sakastanlı Rüstəm (VII əsrin əvvəlləri) Sakastanlı Apərviz (???–650/1)

Mənbə İstinadlar

Ədəbiyyat

Kateqoriya:Qədim İran Kateqoriya:Sasanilər imperiyasının inzibati bölgüsü Kateqoriya:VII əsrdə ləğv olunmuş dövlətlər və ərazilər Kateqoriya:651-ci ildə ləğv olunanlar