Vüqar Qurbanov (1977) — Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru (2022–2026).
Həyatı Vüqar Qurbanov 1977-ci ildə anadan olub. 1994-cü ildə orta məktəbi fərqlənmə attestatı ilə, 2000-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2001–2003-cü illərdə təhsilini Türkiyə və Rusiyada davam etdirmiş və aspirantura təhsili almışdır. Beynəlxalq və yerli elmi konqreslərdə məruzəçi kimi çıxış etmişdir.
Fəaliyyəti 2000–2001-ci illərdə 5 nömrəli Şəhər Klinik Xəstəxanasında nevrologiya ixtisası üzrə həkim-intern, 2001–2016-cı illərdə həkim-nevroloq kimi fəaliyyət göstərib. 2016–2018-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri və 2018-ci ildən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri kimi çalışıb. 2021–2022-ci illərdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edib. 8 sentyabr 2022-ci ildə TƏBİB-in icraçı direktoru təyin edilib. 16 fevral 2026-cı ildə bu vəzifədən azad edilmişdir.
Mükafatları "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" Azərbaycan Respublikasının yubiley medalı Müdfaiə sənayesi naziri Mədət Quliyevin əmri ilə 4-cü Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian" sərgilərdində göstərdiyi dəstəyə görə təltif olunub Müdafiə Sənayesi Nazirliyi tərəfindən "Vətən müharibəsində yüksək keyfiyyətli və davamlı tibbi xidmətlərin təşkilində göstərdiyi dəstə görə" yubiley medalı
İstinadlar
Kateqoriya:Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi