thumb|250x250px|"Birləşmiş İyun Hərəkatı" İstanbulda Çarli Hebdo qətliamına etiraz edir. 2015-ci il.
Birləşmiş İyun Hərəkatı (BİH; ; BHH) — Türkiyədə solçu, kommunist və sosialist partiyaları, marksist–leninist siyasi təşkilatları, müstəqil şəxsləri və müxtəlif solçu qeyri-hökumət təşkilatlarını birləşdirən siyasi koalisiya.
BİH hərəkatın qurucuları tərəfindən antikapitalist, antiimperialist, antifaşist və antimürtəce siyasi ittifaq kimi müəyyən edilmişdir. "İyun Hərəkatı" Azadlıq və Həmrəylik Partiyası, Kommunist Partiyası, Türkiyə Xalq Kommunist Partiyası, Əməkçi Hərəkatı Partiyası, Sosialist Qurtuluş Partiyası və İnqilabçı Hərəkat daxil olmaqla geniş qrup və siyasi partiyalardan ibarət idi.
2015-ci ilin fevralında XDP fəxri sədri və XDK-nin sözçüsü Ərtoğrul Kürkçü "Birləşmiş İyun Hərəkatı"na 2015-ci ilin iyununda keçiriləcək ümumi seçkilərə ortaq siyahı şəklində qatılmaq təklifi ilə müraciət etmişdir.
Həmçinin bax Xalqların Demokratik Konqresi Xalqların Birləşmiş İnqilabi Hərəkatı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2014-cü ildə yaranan siyasi partiyalar Kateqoriya:2014-cü ildə Türkiyədə yarananlar Kateqoriya:Türkiyədəki siyasi partiyalar Kateqoriya:Türkiyədə kommunizm Kateqoriya:Xalq cəbhələri