Burhanəddin Bulut () — əczacı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.

Həyatı Burhanəddin Bulut 25 avqust 1970-ci ildə Bitlis ilində anadan olub. Egey Universiteti Əczaçılıq bölməsindən və Anadolu Universiteti İqtisadi bölməsindən məzun olub.

1993-cü ildə Adanada əczanə açaraq peşə fəaliyyətini davam edib. Dörd dəfə Adana Əczaçılar Palatasının sədri vəzifəsinə seçilib. 2011-ci ildə parlament seçimlərində namizəd olduğuna görə vəzifəsindən istefa verib.

Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2014-cü ildə Çuxurova ilçə Bələdiyyə Məclisinin üzvü seçilib. 2015-ci ildə CHP Adana il sədri olduğuna görə vəzifəsindən istefa verib. 11 noyabr 2023-cü ildən CHP sədrinin Media və ictimaiyyətlə əlaqələr üzrə müavinidir. 2018 və 2023-cü illərdə Adana ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 27 və 28-ci çağırışlarda TBMM Səhiyyə, Ailə, Çalışma və Sosial işlər Komissiyasının üzvü olub.

Evli və 2 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları