Rəşad Karagöz () — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Rəşad Karagöz 1975-ci ildə Amasya ilində anadan olub.

Siyasətə Cümhuriyyət Xalq Partiyasında gənclər qanadında qoşulub. CHP Amasya il gənclər qanadının sədri, CHP Amasya il İdarə Heyətinin üzvü, CHP Amasya ilçə sədri və CHP Amasya il sədri olub. 2023-cü ildə Amasya ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 28-ci çağırışda TBMM Kişi və qadınlar üçün bərabər cəmiyyət Komissiyasının üzvü olub.

Fransızca bilir. Evli və 2 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:Cümhuriyyət Xalq Partiyasının üzvləri Kateqoriya:TBMM XXVIII çağırış deputatları