Asim ibn Ömər ibn Xəttab (; ) — hədis ravisi, ikinci Raşidi xəlifə Ömər ibn Xəttabın oğluMuḥammad ibn Sa'd. . — Ta-Ha, 1997. — Т. 2. — ISBN 978-1-897940-90-7. və səkkizinci Əməvi xəlifəsi Ömər ibn Əbdüləzizin babasıAs-Sallabi, Dr. Ali Muhammad. Biography Of Umar Bin Abdul Aziz.

Bioqrafiya Asim Məhəmməd peyğəmbərinMalik ibn Anas. Al-Muwatta 37:6 səhabəsi olan Ömər ibn Xəttabın oğlu idi, anası da peyğəmbərin ilk ardıcıllarından olmuşdurIbn Saad/Bewley vol. 8 p. 7.

Atası Ömər Məkkədə tayfalar arasında arbitrajdan məsul olan Bənu Ədi qəbiləsində anadan olmuşdur. Anası Cəmilə MədinədəMuhammad ibn Saad. Kitab al-Tabaqat al-Kabir vol. 3. Translated by Bewley, A. 2013. The Companions of Badr, p. 204. London: Ta-Ha PublishersMuhammad ibn Saad. Kitab al-Tabaqat al-Kabir vol. 8. Translated by Bewley, A. 1995. The Women of Madina, pp. 7, 235, 236. London/Ta-Ha Publishers Ovs qəbiləsindən Əmr ibn Ovfun qəbiləsindən olan Sabit ibn Əbi əl-Əflax Əl-Şamus bint Əbi Əmirin qızı idi. Onun qardaşı Asim də Bədr döyüşündə iştirak edən müsəlmanlar arasında idiIbn Saad/Bewley vol. 3 p. 362Muhammad ibn Jarir al-Tabari. Tarik al-Rusul wa’l-Muluk. Translated by Smith, G. R. (1994). Volume 14: The Conquest of Iran, pp. 100–101. Albany: State University of New York Press..

Anası Cəmilə Mədinədə İslamı ilk qəbul edənlərdən olmuşdur. O və anası 622-ci ildə Məhəmməd peyğəmbərə beyət edən ilk on qadından biri idi. Adının Asiya ("asi") olduğunu eşidən Məhəmməd peyğəmbər ona "Cəmilə" ("gözəl") adını verirIbn Saad/Bewley vol. 3 p. 204..

O, İslamı qəbul etdikdən təxminən beş il sonra, 627-ci ilin mayından 628-ci ilin mayına qədərki aralıqda Ömərlə evlənirTabari/Fishbein vol. 8 p. 95. Onların Asim ibn Ömər adlı bir oğlu dünyaya gəlirIbn Saad/Bewley vol. 3 p. 204.

Peyğəmbərin səhabəsi və Rəşidi xilafətinin ilk xəlifəsi Əbu Bəkrin vəfatından sonra Asimin atası Ömər ikinci xəlifə olur.

Asimin atası Ömərin ölümündən sonra Cəmilə Yezid ibn Cariyə ilə evlənir və onların Əbdürrəhman adlı bir oğlu olur. Beləliklə Asimin anabir ögey qardaşı dünyaya gəlirTabari/Fishbein vol. 8 pp. 94–95Ibn Saad/Bewley vol. 8 p. 236.

Asim ucaboylu, ciddi xasiyyətli, cəmiyyətdə ədəbli insan kimi tanınırdı. XIII əsrin məşhur İslam alimi və tarixçisi Əz-Zəhəbi Asim ibn Öməri belə təsvir etmişdir:

Ailəsi Asim ənsar qadın olan Ümmə Əmmarla evlənir. Bu evlilikdən onun 3 övladı olub: Həfsə binti Asim, Ömər ibn Asim və Leyla binti Asim. Leyla binti Asim daha sonra Əbdüləziz ibn Mərvanla evlənir. Onların uşaqlarından biri sonradan Əməvi xəlifəsi olmuş Ömər ibn Əbdüləziz olmuşdur.

İstinadlar

Kateqoriya:Tabiinlər Kateqoriya:Ənsarlar Kateqoriya:Ənsarilər Kateqoriya:VII əsr ərəbləri