Mustafa Destici () — Türkiyə siyasətçisi və Böyük Birlik Partiyasının (BBP) hazırkı lideri. Ankara Universitetini bitirmişdir.
Həyatı 3 fevral 1966-cı ildə Əskişəhərin Günyüzü rayonunun Gəcək kəndində anadan olmuşdur. İbtidai məktəbi doğulduğu kənddə, orta məktəbi Sivrihasarda, liseyi isə Tofiq İləri Anadolu İmam Hatip Liseyində bitirmişdir. 1988-ci ildə Ankara Universitetinin İlahiyyat fakültəsindən məzun olmuşdur.
2007-ci ildə dövlət qulluğundan ayrılaraq Böyük Birlik Partiyasında siyasətə başlamışdır. O, 2007-ci ildə vitse-prezident vəzifəsinə təyin edilmişdir. Böyük Birlik Partiyasının qurucusu Möhsün Yazıçıoğlu 25 mart 2009-cu ildə helikopter qəzasına uğrayanda partiyanın təşkilati işlər üzrə sədr müavini olmuşdur. Yazıçıoğlunun ölümünün təsdiqlənməsindən sonra keçirilən IV Fövqəladə Qurultayda baş katib Yalçın Topçunun siyahısından seçilmişdir.
İstinadlar
Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:Türk siyasətçilər Kateqoriya:Erməni soyqırımının inkarçıları Kateqoriya:Türkiyə milliyyətçiləri Kateqoriya:Türkiyə akademikləri