Skott Coplin (; ) — afroamerikalı bəstəkar və pianoçu, 44 reqtaym müəllifi, bunlardan ən məşhurları "Estrada artisti" () və "Ağcaqayın yarpağı"dır (). O, reqtaym janrının ən böyük müəllifi hesab olunur, lakin yalnız ölümündən sonra tanınıb. Yaşadığı müddətdə onun musiqisi afro-amerikan icması tərəfindən "çox ağ", ağlar tərəfindən isə əksinə, klassik qanunlara uyğun gəlməyən "çox qara" kimi qəbul edilirdi. Coplinin yaradıcılığına maraq 1970-ci illərdə yenidən canlandı. 1977-ci ildə onun haqqında Skott Coplin bioqrafik filmi çəkildi, baş rolu Billi Di Uilyams canlandırdı.

thumb|"Estrada artisti" (Entertainer) reqtaymı thumb|"Ağcaqayın yarpağı" (Maple Leaf) reqtaymı

İstinadlar

Kateqoriya:Opera bəstəkarları Kateqoriya:ABŞ cazmenləri Kateqoriya:Nyu-Yorkda dəfn olunanlar Kateqoriya:Nyu-Yorkda vəfat edənlər Kateqoriya:1917-ci ildə vəfat edənlər Kateqoriya:1 apreldə vəfat edənlər Kateqoriya:1868-ci ildə doğulanlar Kateqoriya:24 noyabrda doğulanlar Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:Afroamerikalılar