Şüqran Saleh ibn Adi (, ) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi. Bədr döyüşünün şahidi və Məhəmməd peyğəmbərin vəfatından sonra dəfn mərasimində iştirak edənlərdən biri olmuşdur. Saleh ibn Ədi adı ilə deyil, Şüqran ləqəbi ilə tanınır. Bioqrafiyası Şüqran həbəşistanlı kölə idi. Onun Həbəşistandan (Efiopiya) Ərəbistan yarımadasına nə vaxt və necə gəldiyi məlum deyil. Onun azadlığını necə əldə etməsi ilə bağlı mübahisələr vardır. Bir rəvayətə görə Şüqran Məhəmməd peyğəmbərin atası Abdullahdan miras qalmış, başqa bir xəbərə görə isə Əbdurrəhman ibn Əvf tərəfindən Peyğəmbərə hədiyyə edilmişdir. İlkin mənbələrin üstünlük verdiyi üçüncü rəvayətə görə, Peyğəmbər onu Əbdürrəhman ibn Əvfdən alıb bir müddət sonra azad etmişdir.

Şüqran Əbdürrəhman ibn Əvfin qulu olarkən Bədr döyüşünün şahidi olur. Məhəmməd peyğəmbər ondan əsir düşən Məkkəli müşrikləri qorumaq üçün istifadə edirdi.الطبقات الكبرى لابن سعد — صالح شقران. غلام رَسُولِ اللَّهِ Hələ qul olduğu üçün ona döyüş qənimətlərindən pay verilməsə də, müsəlmanların köməyi sayəsində hamıdan çox qazanır. Məhəmməd peyğəmbər əl-Mureysiyyədə ona döyüş qənimətlərini qorumağı tapşırır.

Şüqran Bədr döyüşündən sonra azad edilir.الإصابة في تمييز الصحابة — شقران مولى رسول اللَّه Azad olunaraq "Əshabi-süffə"yə qoşulur.

O, Peyğəmbərin vəfatından sonra cənazə işlərində iştirak edənlərdən və Abbas ibn Əbdülmüttəlib, əl-Fədl ibn əl-Abbas və Əvs ibn Xuli ilə birlikdə onun qəbrinə enənlərdən olmuşdur. O, Məhəmmədin bədəninin altına bir parça məxmər parça qoyur, hansı ki onu paltar kimi geyinmişdir.

Peyğəmbərin vəfatından sonra Şüqran Mədinədə yaşayır. Onun Bəsrəyə köçüb orada məskunlaşdığı da bildirilir. Şüqranın sonuncu övladı Harun ər-Rəşidin dövründə Mədinədə vəfat etmişdir.أسد الغابة في معرفة الصحابة — شقران

Baxmayaraq ki, Şüqranın ölüm tarixi ilə bağlı mübahisə vardır. O, bir müddət zəkat toplayan vəzifəsində çalışmış və çox güman ki, xəlifə Ömərin hakimiyyətinin sonlarına yaxın və ya xəlifə Osmanın hakimiyyətinin ilk illərində vəfat etmişdir. Ömər fəzilətli həyat sürən Şüqranı saleh bir insan kimi səciyyələndirmiş və Şüqran oğlu Əbdürrəhmanı İraqa Əbu Musa əl-Əşarinin yanına göndərərkən, saleh kişinin oğlunu onun yanına göndərdiyini və ona yaxşı davranmasını xahiş etmişdir.

Əhməd ibn Hənbəl "Müsnəd"də ondan hədis rəvayət etmişdir. Şüqrandan ahədis nəql etlmişlər: Ubeydullah ibn Əbu Rəfi, Əbu Cəfər Məhəmməd əl-Bəkir, Yəhya ibn Ömər əl-Müzəni.

İstinadlar

Kateqoriya:Əhli-süffə Kateqoriya:Səhabə hədis raviləri Kateqoriya:Ravilər