Əli Bozan () — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Əli Bozan 1978-ci ildə Adıyaman ilinin Yaylaqonaq ilçəsində anadan olub. İbtidai və orta təhsili Mərsində, lisey təhsilini Adıyamanda Anadolu Liseyində alıb. 2002-ci ildə Doqquz Eylül Universiteti Hüquq Bölməsindən məzun olub.

2004-cü ildən Mərsin Vəkillər Kollegiyasında çalışıb. İnsan Hüquqları Dərnəyində və Azadlıq Naminə Hüquqşünaslar Dərnəyində vəzifələrdə təmsil olunub.

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Mərsin ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Konstitusiya Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

İngiliscə bilir. 2 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları