Mahmut Dindar () — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
Həyatı Mahmut Dindar 1964-cü ildə Van ilinin Gevaş ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini Vanda alıb.
1989-2015-ci illərdə Erciş Qənd Zavodunda çalışıb. Hazırda təqaüdçüdür.
Təqaüdə çıxdıqdan sonra “Sivilizasiyalar Beşiği”ndə Qohumlarını İtirmiş Ailələrin Həmrəyliyi, Birliyi, Yardımı və Mədəniyyət Dərnəyində (MEBYA-DER) çalışıb. 2021-ci ildə dərnəyə qarşı aparılan istintaq çərçivəsində həbs edilib və 1 il həbsxanada saxlanılıb.
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Van ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Kürdcə bilir. Evli və 6 uşaq atasıdır.
İstinadlar
Kateqoriya:TBMM XXVIII çağırış deputatları