Fəti Yıldız () — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.
Həyatı Fəti Yıldız 1953-cü ildə Yozqat ilinin Boğazlıyan ilçəsində anadan olub. İstanbul Universiteti Hüquq Bölməsindən məzun olub.
Hüquqşünas olaraq çalışıb.
MHP sədri Devlet Bahçelinin baş müşaviri olub. 18 mart 2018-ci ildə MHP sədrinin müavini seçilib.
2018 və 2023-cü illərdə MHP namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27 və 28-ci çağırışlarda TBMM Konstitusiya Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Fransızca bilir. Evli və 2 uşaq atasıdır.
İstinadlar
Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları