thumb|right|"Silah və Təhlükəsizlik" 2021

"Silah və Təhlükəsizlik" sərgisi (, "Zbroya ta Bezpeka") — hər il keçirilən silah və hərbi texnikaların ticarəti sərgisi. Ukrayna Nazirlər Kabinetinin himayəsi altında Ukraynanın paytaxtı Kiyevdə keçirilir. Nazirlər Kabinetinin 2004-cü il qərarına əsasən ilk sərgi 2004-cü ilin sentyabr ayında keçirilmişdir.

Tarixi 2018-ci ildəki sərgi iştirakçılarına 456 Ukrayna və 17 ölkədən gəlmiş olan 47 xarici iştirakçı daxil idi. Polşa, Türkiyə və Çexiya ilk dəfə olaraq 2018-ci ildə bu sərgidə stendləri ilə çıxış etmişdirlər.

2019-cu ildəki sərgi iştirakçılarına 320-dən çox Ukrayna və 16 ölkədən gəlmiş olan 48 xarici iştirakçı daxil idi.

2020-ci ilin sərgisi COVID-19 karantini ilə əlaqədar olaraq 2021-ci ilin iyun ayına qədər təxirə salınmışdır. 2023-cü ildə sərgi Rusiya-Ukrayna müharibəsinə görə keçirilməmiş və 29 sentyabr 2023-cü ildə Kiyevdə keçirilən bir günlük Beynəlxalq Müdafiə Sənayesi Forumu konfrans ilə əvəz olunmuşdur.

İstinadlar

Kateqoriya:Ukrayna Silahlı Qüvvələri