Yağış Damcısı usta — Avstraliya, Yeni Zelandiya və Sinqapur kompaniyalarnan yaradılmış və ilk dəfə Avstraliyanın Seven Network televiziya kanalında 15 mart 2008-ci ildən 14 fevral 2009-cu ilə qədər yayımlanmış cizgi televiziya proqramıdır. Ümumilikdə 24 dəqiqəlik 26 seriya buraxılıb.
Süjet Serial beş elementdən ikisinin, Yun usta ilə Çitaido qədim döyüş sənətini öyrənən Yağış Damcısının (su) və Şao Yenin (ağac) təcəssümü ilə başlayır. Lakin Tazonleg dövlətinin hökmdarı general Bu, Flamo, od elmenti, könüllü olaraq ona qoşulduqdan sonra digər dörd elementi zəbt etmək arzusunu reallaşdırmaq üçün Yunu əsir alaraq dünya nizamını pozur. General Bu bunu elementlərin birləşməsinə və onu məğlub etməsinə mane olmaq üçün edir. Usta Yağış Damcısı və Şao Yen tezliklə iki digər elementlə birləşir: Cin Hou, metal elementi (antropomorfik qızıl meymun) və Niva, torpaq elementi (gildən hazırlanmış görünən insanabənzər qız). Onlar birlikdə Usta Yunu xilas etməyə və qızıl əjdahanın məğlub olduğu yerə gedib gücünü bərpa etməyə çalışırlar.
Səsləndirmə aktyorları Coş Anderson Yağış Damcısı usta rolunda Ceyn U'Brayen Cin Hou, Qırmızı oğlan və digər müxtəlif personajlar kimi rolunda Reyçel King Niva rolunda Sara Obri Şao Yen rolunda Coş Kvon Tart Flamo rolunda Devid Frensis Grab rolunda Brayan Migan General Bu rolunda
İstehsal Cizgi serialı Big Communications, Flux Animation Studio, Flying Bark Productions, Media Development Authority və Southern Star Entertainment tərəfindən hazırlanıb. Həmçinin şəxsən Brent Çembers, Vinsent Lim, Ceff Uotson və Yasmin MakKonvill. Rejissorlar: Syusan Oliver, Stiv Kuper və Kevin Uotton. Ssenari müəllifləri: Pol Barber, Kim Goldsuorsi, Lisa Hoppe, Brendan Luno, Con Meyn, Kitti Fipps, Cina Ronkoli, Ceyms Uoker, Entoni Uott, Devid Uitt, Leonard Ma, Ceyms Meldram, Coşua Çang və Ceff Lourens. Birinci sezon 26 seriyadan ibarət olub və 2008-ci ildə buraxılıb.
Tənqid Cizgi serialı birmənalı rəylər almadı. O, "Avatar: Aanq haqqında əfsanə", "(ing.) Xiaolin Showdown" və "Samuray Cek" kimi məşhur uşaq cizgi filmlərindən döyüş sənətlərin və ünsürlərin mövzuları kopyalamaqda ittiham olunur.
Yayımlama Ölkə Kanal Premyera tarixi Avstraliya Seven Network 2008 Yeni Zelandiya TV2 2009 Serbiya Minimax 2008 Rumıniya Minimax 2011 Şri-Lanka Hiru TV 2014 Hindistan (Tamilnad) Chutti TV Hindistan (Andhra Pradesh və Telanqana -> birlikdə Teluqu) Kushi TV Hindistan (Kerala) Kochu TV Sloveniya Minimax
İstinadlar
Kateqoriya:Fentezi teleserialları Kateqoriya:Animasiya serialları Kateqoriya:Komediya teleserialları Kateqoriya:Macəra teleserialları Kateqoriya:Ekşn teleserialları Kateqoriya:Uşaq teleserialları