Alaqurşaq, Alaqurşaqlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Mahruzlu kənd inzibati ərazi dairəsində kənd.

Etimologiyası Yaşayış məntəqəsi şotlanlı tayfası tərəfindən Alaqurşaq yeri adlı sahədə salınmışdır. Oykonim ala (rəng) və qurşaq (kəmər, zolaq) sözlərindən düzəlib, "ala rəngli zolaqda olan kənd" deməkdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Tarixi 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Alaqurşaq kəndi mahalın bir hissəsi olmuşdur.Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об. Kürdüstan qəzası ləğv edildikdən sonra Alaqurşaq Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.

Coğrafiyası Alaqurşaq kəndi Həkəri çayının sahilindədir.

Əhalisi 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur. 14 may–17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Yelizavetpol quberniyası, Cəbrayıl qəzasının III şöbəsinin Kürd Mahrızlı kənd cəmiyyəti tərkibinə daxil olan Alaqurşaq kəndində 80 evdə şiə etiqadlı müsəlman kürdlərdən ibarət 339 nəfər (195 nəfəri kişilər, 144 nəfəri qadınlar) əhali yaşayırdı.Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г.. Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. — 1893

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti

Kateqoriya:Qubadlı rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri