– Yaponiya yazıçısı. O, Yaponiyada "postmüharibə ədəbiyyatı"nın qurucusu hesab olunur.

İlk illəri Hiroşi Noma 1915-ci ildə Yaponiyanın Kobe şəhərində doğulmuşdur. Elektrikçi olan atası Şinranın təlimlərini qəbul edən buddizm hərəkatının lideri idi. Nomanın 10 yaşında olanda atası ölmüşdür.

Noma 1932-ci ildə Kioto Üçüncü Ali Məktəbinə daxil olmuşdur. Burada fransız simvolist poeziyasına maraq göstərmiş və Fyodor Dostoyevski, Andre Jid, Marsel Prust və Ceyms Coys kimi yazıçıların əsərlərini öyrənmişdir. Simvolist şair Katsutaro Takeuçinin rəhbərliyi altında şeirlər yazmağa başlamışdır.

Noma 1935-ci ilin aprelində Kioto Universitetinin fransız ədəbiyyatı fakültəsinə daxil olmuşdur. Həmin il Takeuçinin ölməsi onda şok təsiri buraxmışdır. Universitet illərində solçu hərəkata qoşulmuş, "Kerun" adlı radikal qruplaşmanın üzvləri ilə yaxın münasibətlər qurmuşdur. 1938-ci ildə universitetdən məzun olduqdan sonra Osaka Şəhər Rifah Departamentində burakumin icmaları ilə bağlı işə qəbul olunmuşdur.

Noma 1941-ci ilin oktyabrında Yaponiya ordusuna çağırılmış, lakin növbəti il Filippində malyariya ya yoluxduğu üçün Yaponiyaya qayıtmışdır. 1943-cü ilin yayında antimilitarizm və pasifizm çıxışlarına görə 6 aylıq həbs cəzası almışdır. Yenə qısa müddətliyinə orduya cəlb olunmuş və müharibənin axırına qədər silah-sursat fabrikində işləmişdir. 1944-cü ilin fevralında Mitsuko Fuci ilə evlənmişdir.

Ədəbi və siyasi karyerası İkinci Dünya müharibəsindən ilk romanı üzərində işləməyə başlamışdır. 1946-cı ildə nəşr olunan bu roman tənqidçilər tərəfindən Yaponiyada postmüharibə ədəbiyyatının ilk nümunəsi adlandırılmışdır. Onun postmüharibə dövrünün ilk illərində yazdığı digər əsərlərə , , daxildir.

Noma 1947-ci ilin qışında Yaponiya Kommunist Partiyasına qoşulmuşdur. Həmin il burakuminlər və buraku azadlıq hərəkatı ilə bağlı təcrübələri əsasında adlı çoxcildli romanını nəşr etdirməyə başlamışdır. 1971-ci ildə tamamlanan əsərə görə həmin il Tanizaki mükafatına layiq görülmüşdür. Noma 1964-cü ildə partiyadan atılana qədər Yaponiya Kommunist Partiyasının mədəni tədbirlərinin aktiv iştirakçısı olmuşdur.

Noma 1952-ci ildə müharibə dövründə ordunun vəziyyətindən və yapon əsgərlərin törətdikləri vəhşiliklərdən bəhs edən adlı romanını nəşr etdirmişdir. əsəri Tokio Fond Birjasını, adlı avtobioqrafik romanı isə atasının buddizmlə bağlı baxışlarının üzərindəki təsirini təsvir edir. Noma buddizmin Yaponiya ruhunu əks etdirən yeganə din hesab etmiş, bu haqda "Tannişo" (1969) və "Şinran" (1972) adlı əsərlər yazmışdır.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya şairləri Kateqoriya:Yaponiya romançıları Kateqoriya:Yaponiya kommunistləri Kateqoriya:Yaponiya pasifistləri Kateqoriya:Marksistlər