Arseniy Djioyev (9 iyul 2002, Tsxinvali) — Azərbaycanı təmsil edən sərbəst güləşçi.

Həyatı Arseniy Djioyev 9 iyul 2002-ci ildə Gürcüstanın Tsxinvali şəhərində anadan olub. 2016-cı ildə güləşlə məşğul olmağa başlayıb. Cəbrayıl Həsənovun rəhbərliyi altında məşq edir.

1 mart 2026-cı il tarixinə olan məlumata görə, 320 xal göstəricisi ilə Azərbaycan idmançılarının reytinqində səkkizinci yeri tutur.

Karyerası Arseniy Djioyev 2021-ci ilin martında U-21 Rusiya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Daha sonra 2023-cü ildə Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən o, sərbəst güləş üzrə Azərbaycan yığmasının heyətinə dəvət edildi.

Arseniy Djioyev həmin avqustunda Belarusda II MDB Oyunlarının bürünc medalına sahib oldu. Həmin il Albaniyada U-23 Dünya Çempionatını 11-ci pillədə başa vuran Arseniy Djioyev ilin sonunda Azərbaycan Çempionatının gümüş medalına da sahib oldu 2024-cü ildə Arseniy Djioyev sərbəst güləş üzrə Azərbaycan yığmasının əsas heyətinə cəlb edildi. Yanvarda Xorvatiyanın Zaqreb şəhərində baş tutan Zagreb Open beynəlxalq turnirini beşinci pillədə başa vuran Arseniy Djioyev fevralda Rumıniyanın Buxarest şəhərində baş tutan debüt Avropa Çempionatında bürünc medalının sahib oldu. Mayda Arseniy Djioyev Azərbaycanda baş tutan U23 Avropa Çempionatını bürünc medalla başa vurdu, noyabrda isə Albaniyanın Tirana şəhərinin ev sahibliyində baş tutan U23 Dünya Çempionatında final görüşündə məğlub olaraq turniri gümüş medalla tamamladı. O, həm də həmin il Azərbaycan Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.

2025-ci ilin fevralında Djioyev Xorvatiyada baş tutan Zagreb Open beynəlxalq turnirini də gümüş medalla başa vurdu. Martda isə o, Albaniyanın Tirana şəhərində baş tutan 23 yaşlılar arasında Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Apreldə Djioyev Bratislava şəhərində baş tutan Avropa Çempionatında uğursuz çıxış etdi və turniri 15-ci pillədə başa vurdu.

10 yanvar 2026-ci ildə Bakıda keçirilən yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatının qalibi olub.

25 fevral 2026-ci ildə Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" turnirində bürünc medal qazanıb

Nəticələri SıraİlYarışEv sahibiNəticə Azərbaycan12023U23 Dünya Çempionatı Albaniya11.22024Zagreb Open Xorvatiya5.3Avropa Çempionatı Rumıniya3.4U-23 Avropa Çempionatı Azərbaycan3.5U-23 Dünya Çempionatı Albaniya2.62025Zagreb Open Xorvatiya2.7U-23 Avropa Çempionatı Albaniya1.82026"Muhamet Malo" turniri Albaniya3.

İstinadlar

Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın Rusiyadan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:2025 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Güləş üzrə İslam Həmrəyliyi Oyunlarının medalçıları